Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

Aydınlar Partiyasının təsis qurultayı keçirildi


Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının sədri oldu

Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının sədri oldu

Dekabrın 14-də Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı keçirilib. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Qulamhüseyn Əlibəyli hazırda Azərbaycanda 50-yə qədər siyasi partiyanın olduğunu, onların normal fəaliyyət göstərməsi üçün imkan yaradılmadığını deyib. O, müxalifət partiyalarının təqiblərə məruz qaldığını, sıradan çıxarıldığını bildirib:
«Belə bir şəraitdə siyasi münasibətlər qanun və əxlaq çərçivəsində tənzimlənmir. Hazırda ölkədə iqtidar və müxalifət bir-birini qəbul etmir. Ona görə də cəmiyyət dalana dirənmiş vəziyyətdədir. Bunun da nəticəsində cəmiyyətin siyasi qüvvələrə inamı itib. Biz bu inamı qaytarmaq üçün ənənəvi siyasətdən fərqli siyasət ortaya qoymaq fikrindəyik. Həm hakimiyyətə, həm də müxalifətə olan inamı qaytarmağa çalışacağıq. Biz inkarçı və hakimiyyəti tərif mövqeyindən uzaqda dayanacağıq».

Q.Əlibəyli məruzəsində ölkədəki insan haqları və demokratiyanın vəziyyəti, hakimiyyətin bölüşdürülməsi prinsipləri, azad mətbuata olan təzyiqlər barədə də danışıb.

Qurultayda partiyanın adı, nizamnaməsi və məramnaməsi təsdiq edilib. Azərbaycan Aydınlar Partiyasının sədrliyinə Q.Əlibəylinin namizədliyi irəli sürülüb və o, yekdilliklə sədr seçilib. Qurultayda həmçinin, partiyanın Ali Məclisinin, 5 nəfərdən ibarət Nəzarət Komissiyasının tərkibi formalaşdırılıb.

Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri olub. O, AXCP-nin bu ilin oktyabrında keçirilən prezident seçkisini boykot etməklə bağlı qərarına etiraz olaraq partiya üzvlündən istefa verib. Prezident seçkisinə namizəd kimi qatılan Q.Əlibəyli yeni partiya yaradacağını elan edib.
/APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG