Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:13

Rus əsgərləri Gürcüstanın Perevi kəndini yenidən ələ keçiriblər


Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyası Rusiyanı çağırıb ki, Cənubi Osetiya ilə sərhəddə yerləşən Saçxeri rayonunun Perevi kəndinə yeritdiyi əsgərləri oradan çıxarsın.

Missiyanın dekabrın 13-də Tbilsidə yayılan bəyanatında deyilir ki, rus əsgərləri cəmi bir gün əvvəl tərk etdikləri Perevi nəzarət məntəqəsini yenidən ələ keçiriblər.

Missiyanın üzvləri həmçinin bildirilər ki, əsgərlər kəndə getmək istəyən bir sıra Avropa ölkələrinin səfirlərinin də Pereviyə girməsinə icazə verməyiblər.

Hələlik rəsmi Moskva bu hərəkətləri şərh etməyib.
XS
SM
MD
LG