Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Kəmaləddin Heydərov: «Müvəqqəti tikilmiş binalar da söküləcək»


Gələcəkdə Bakı şəhərindəki «xruşşovka» və «stalinka»larla yanaşı, müvəqqəti tikilmiş binalar da söküləcək.

Bu barədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.

«Xruşşovka» və «stalinka»ların söküntüsü hazırda Nazirlər Kabinetində və müvafiq hökumət strukturlarında müzakirə olunur. Tək bunlar deyil, müvəqqəti tikilmiş binalar da söküləcək. Onların yerində ya çoxmərtəbəli binalar inşa olunacaq, ya da ərazidən başqa məqsədlər üçün istifadə ediləcək».

Nazir binaların sökülməsi prosesinin mərhələ-mərhələ həyata keçiriləcəyini bildirib. / APA /
XS
SM
MD
LG