Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Beş partiya Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzini yaradıb


Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, MSƏM öz fəaliyyətini bir – birini qarşılıqlı ittihamlar və kompromatlar uzərində qurmayacaq

Martın 28-də beş müxalifət qurumu - Milli İstiqlal (Etibar Məmmədov tərəfdarları), Milli Demokrat, Tərəqqi və Ümid partiyaları bir araya gələrək Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzini (MSƏM) yaratdıqlarını bəyan etdilər.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, onlar ölkənin ərazi bütövlüyünün təmin edilməsi, demokratik islahatların yerinə yetirilməsi, Konstitusiya islahatlarının həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi məsələlərdə birgə addımlar atılması üçün öz aralarında «Əməkdaşlıq Sazişi» imzalayıblar. Onun sözlərinə görə, MSƏM öz fəaliyyətini bir – birini qarşılıqlı ittihamlar, kompromatlar uzərində qurmayacaq.


Qurum hakimiyyət üzərində ictimai nəzarətin bərqərar olması, elektoratın təmərküzləşməsi və digər məsələlərdə muxalifətin bir mərkəzdən sistemli idarə olunmasına calışacaq.


Cənab Ağazadə müxalifətin digər blok və birliklərilə əməkdaşlığa hazır olduqlarını deyir və koordinasiya mərkəzinə daxil olan partiyaların sayının artacağını istisna etmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG