Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Əli İnsanov müalicə müəssisəsinə köçürülüb


Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məktubuna uyğun olaraq, dekabrın 12-də sabiq Səhiyyə naziri Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb. Bu barədə «Turan»a İnsanovun vəkili Toğrul Babayev bildirib.
Bir az əvvəl AİHM-nin Palatası Azərbaycan hökumətinə Əli İnsanovun müalicəsini təmin etmək və onu müalicə müəssisəsinə köçürmək barədə məktub göndərib. Sabiq nazir ürək və onurğa sistemi xəstəliklərindən əziyyət çəkir.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib, amma sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG