Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

«2020-ci ilə qədər 20, 20, 20»


«İqtisadi böhran təbiətin qorunması üçün tədbirlər görülməməsinə səbəb ola bilməz»

«İqtisadi böhran təbiətin qorunması üçün tədbirlər görülməməsinə səbəb ola bilməz»

Avropa Birliyi liderləri qlobal istiləşməyə qarşı planı yekdilliklə qəbul edib. Bu barədə Fransa prezidenti Nikola Sarkozi Brüsseldə keçirilən ikigünlük sammitin yekununda keçirilən mətbuat konfransında məlumat verib. Sarkozi planı bu cür izah edib:
«Məqsəd eynilə qalır: 2020-ci ilə qədər 20, 20, 20. Yəni qarşıdakı 11 ildə istixana qazları 20 faiz azaldılmalı, enerjidən istifadədə 20 faiz qənaət edilməli və ümumi enerji sərfində 20 faiz bərpaolunabilən enerji mənbələrindən istifadə edilməlidir. Avropa Birliyinin prezidentliyi və Avropa Komissiyası artıq qeyd edib ki, indiki iqtisadi böhran təbiətin qorunması üçün tədbirlər görülməməsinə səbəb ola bilməz. Bu, indiyə qədər qlobal istiləşməyə səbəb olan istixana qazlarının azaldılmasına dair qəbul edilən ən iddialı qərardır».
Avropa Birliyinin keçmiş kommunist respublikası olan doqquz üzvü narahatdır ki, istixana qazlarının azaldılması cəhdləri onların onsuz da hələ tam möhkəmlənməmiş iqtisadiyyatlarına ciddi təsir edə bilər.
Böyük Britaniyanın Baş naziri Qordon Braun isə deyib ki, Avropa Birliyi liderləri həmçinin qlobal maliyyə böhranına qarşı mübarizə üçün 200 milyard avroluq həvəsləndirmə paketini də razılaşdırıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG