Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32
«Ölkədə ümumi bir passivlik yaranıb. Müxalifət aysberqin görünən hissəsidir. Cəmiyyətdən onu ayırmaq olmaz. Cəmiyyətin indiki vəziyyətə düşməsinin səbəblərini müzakirə etmək lazımdır». AXCP sədri Əli Kərimli «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. Onun sözlərinə görə, problem müxalifətə partiya funksionerlərinin birliyi kimi baxmaqdadır:
«Müxalifət xalqdan lazım olan enerji və dəstəyi ala bilməsə, funksionerlərin hesabına mübarizəni nə qədər davam etdirmək olar? Onlar döyülməlidirlər, həbsxanaya atılmalıdırlar, amma deməlidirlər ki, «xalq narahat olma, sən yat evində, biz səni xilas edəcəyik». Elə olmur, qardaşım!».
Qlobal maliyyə böhranına toxunan AXCP sədri hesab edir ki, böhrandan qurtulmaq üçün ölkəni sərmayələr üçün açmaq lazımdır:
«Təcili şəkildə. Böhrandan çıxanadək neftimiz qurtaracaq. Sonra məlum olacaq ki, real sektor yoxdur. Ölkənin «qapıları»nı tam açmaq lazımdır. Azad iqtisadi zonalar lazımdır».
Ə.Kərimli düşünür ki, Qarabağ probleminin həllində tələsmək lazım deyil:
«Sülh müqaviləsi indi imzalansa, bu, Azərbaycanını xeyrinə olmayacaq və bizi məyus edəcək. Vaxtı mümkün qədər uzatmaq lazımdır, «yaxşı vaxtlara» qədər. Biz tam müttəfiqsiz qaldıq. Türkiyə də Ermənistanla artıq münasibətləri tənzimləyir. Qarabağ Türkiyə hökumətinin siyasətində artıq əsas şərt deyil».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG