Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:04

21 Azər Hərəkatı necə qalib gəldi?


Solmaz Tohidi və Əmirəli Lahrudi
Solmaz Tohidi və Əmirəli Lahrudi
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi İranda Pişəvəri hərəkatının fəal iştirakçılarından olub. Hazırda Seyid Cəfər Pişəvərinin vaxtı ilə başçılıq etdiyi partiyanın rəhbəri olan Lahrudi İran Azərbaycanında 1945-ci ilin dekabrında 21 Azər Hərəkatının qalib gəldiyini deyir. Onun sözlərinə görə, demokratik firqənin ilk qərarları kəndlilərə torpaq verilməsi, söz və fikir azadlığı, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Azərbaycan dilində ilk universitetin açılması barədə olub.

Əmirəli Lahrudi deyir ki, İranda demokratik hökumət devriləndən sonra 6 min 280 nəfər Culfa, Biləsuvar və Astaradan keçərək, Bakıya gəlib:

«50-60-cı illərdə daha 3-4 min nəfər bura köç edib. Onlardan 3 mini Demokrat Partiyasının üzvləri olub. Bakı bizim üçün doğma vətəni əvəz edib. Biz burda məktəbə getmişik, ali təhsil almışıq. Bakıya köç edən iranlıların arasında cəmi 15 nəfər ali təhsilli vardı. Az müddətdən sonra Bakıda 5 mindən artıq ali təhsilli kadr yetişdi. Bizə ev, iş verdilər».

Tarix elmləri doktoru Solmaz Tohidinin sözlərinə görəsə, 1945-ci il 12 dekabr Azərbaycan tarixinin şanlı səhifələrindən biridir:

«Həmin gün uzun illərdən bəri İran hakimiyyətinin əsarət altında saxladığı və milli zülmə məruz qoyduğu Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizəyə qalxdı. Başda görkəmli siyasi xadim Seyid Pişəvəri olmaqla Azərbaycanın tanınmış demokratik düşüncəli fədailəri mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik Partiyasını yaratdılar. Dekabrın 12-də isə Cənubi Azərbaycan Demokratik Respublikası elan olundu».

Lahrudi deyir ki, Pişəvərini ilk dəfə 1943-cü ildə Tehranda görüb, sonralar onunla Təbrizdə və Bakıda qarşılaşıb. Jurnalist kimi də fəaliyyət göstərən Pişəvəri «Həqiqət» qəzetini buraxıb. Bakıdan Şəkiyə gedərkən yolda avtomobil qəzasına düşüb və dünyasını dəyişib.

Buna da bax:

XS
SM
MD
LG