Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

Senat avtomobil sənayesinə yardım paketini təsdiqləmədi


ABŞ Senatı ölkənin avtomobil sənayesinə kömək üçün nəzərdə tutulmuş 14 milyard dollarlıq məbləği təsdiq etməyib.
Respublikaşı senatorlar bildiriblər ki, həmkarlar ittifaqı maaşların azaldılmasına razılaşmayınca onlar bu sənədi dəstəkləməyəcəklər. Ağ Ev isə Nümayəndələr Palatasının bəyəndiyi bu sənədin qəbul edilməməsindən təəssüf hissi keçirdiyini deyib və bildirib ki, vəziyyətdən çıxış yolu barədə fikirləşəcəklər.
Demokratlardan olan qanunvericilər isə Buş administrasiyasını avtomobil sənayesini xilas etməyə çağırıblar.
Hazırda ABŞ-da təcili köməyə ehtiyac duyan «General Motors», «Ford» və «Chrysler» şirkətləridir.
XS
SM
MD
LG