Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

«Azərbaycanda neft hasilatı dayana bilər»


«Bu qiymətə neft hasil edib satmaq şirkətlər üçün sərfəli deyil»
«Bu qiymətə neft hasil edib satmaq şirkətlər üçün sərfəli deyil»
«Yeni Müsavat» qəzetindəki «Azərbaycanda neft hasilatı dayana bilər» başlıqlı məqalədə deyilir ki, İtaliyanın nüfuzlu «Corriere dela Sera» qəzeti Dövlət Neft Şirkətinə məxsus «SOCAR Trading SA» terydinq şirkətinin prezidenti Valeri Qolovuşkinlə müsahibə dərc edib. Müsahibənin «İnopressa.ru» saytında yer alan xülasəsində deyildiyinə görə, Qolovuşkin xəbərdarlıq edib ki, əgər neftin qiymətləri indiki həddə qalsa, hasilat dayana bilər. Çünki bu qiymətə neft hasil edib satmaq şirkətlər üçün sərfəli deyil.
Bildirilir ki, Qolovuşkin 2005-ci ildən «LUKoyl» neft şirkətinin 100 faizli törəmə şirkəti «LİTASCO»nun Direktorlar Şurasının rəhbəri olub. Daha sonra o, yeni yaradılan «SOCAR Trading SA» şirkətinə başçılıq etməyə başlayıb. Bu şirkət Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil etməklə məşğuldur.
Qolovuşkin deyir ki, son vaxtlar neft şirkətləri əldə etdikləri yüksək gəlirlərdən neftayırma zavodları almırdılar, onlar pulları səhm bazarına yönəldirdilər. Lakin indi pulları qlobal miqyasda yatırmağa yer qalmayıb. Braziliyada yeni neft yataqları kəşf edilib, ancaq onların işlənməsi neftin indiki qiymətləri şəraitində sərfəli deyil. Belə ki, neftin barelinin ən azı 50 dollar olması bu yataqlardan gəlir götürməyə imkan verərdi. Qolovuşkinə görə, Kanadada da neft yataqlarının işlənməsi ilə bağlı layihələr dayanır. O deyib ki, yeni yataqların kəşfiyyatı və səmərəli hasilat üçün neftin bir bareli ən azı 70 dollara satılmalıdır. Lakin qlobal iqtisadi böhranla bağlı bu qiymət artıq real deyil. Onun fikrincə, belə şəraitdə neft hasilatını indiki səviyyədə saxlamaq mümkün deyil və şirkətlər hasilatı azaltmalı olacaq.
«Mən bir çox adamlar üçün alver mənbəyinə çevrilmişəm». «Bizim Yol» qəzetinə müsahibəsində keçmiş prezident Ayaz Mütəllibov belə deyib. Onun sözlərinə görə, «kim səmimi müxalifətdə olmaq istəyirsə, gedib ailəsi-uşağı ilə məsləhətləşməlidir»:
«Açığını demək istəyirəm. Mən bir çox adamlar üçün alver mənbəyinə çevrilmişəm. Yanıma gələn adam qanadlarımın altında özünə siyasi divident qazanır. Hələ Vətəndaş Birliyi Partiyası yaranan zaman Sabir Hacıyev gündə məni bezdirmişdi ki, orada sədr olum. Hətta gəlib yanıma da çıxmışdı. Təkidlərindən sonra mən bu partiyaya sədr olmağa razılıq verdim. Sonradan hakimiyyətlə bazarlığa getdi. İndi də bir mandat veriblər oturub məclisdə».
«Yeni Azərbaycan» qəzetindəki «Xalq üçün yaşanan ömür» başlıqlı məqalə keçmiş prezident Heydər Əliyevə həsr olunub. Məqalənin müəllifi millət vəkili Mübariz Qurbanlı yazır ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır:
«Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG