Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

Heydər Əliyevin vəfatından 5 il keçir


Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib
Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib
Dekabrın 12-si Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 5 il keçir. Bununla bağlı paytaxtda və rayonlarda anım mərasimləri keçirilir.
Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunur. Dövlət yol polisi gücləndirilmiş iş rejimində işləyir. Bakının bir sıra istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunub.
1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
Azərbaycanın müstəqillik əldə etdiyi mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradıb.
1993-cü ilin iyununda Gəncədəki hərbi qiyamdan sonra siyasi hakimiyyətə dəvət olunub. 1993 və 1998-ci illərin oktyabrında Azərbaycanın prezidenti seçilib.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG