Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi


Prezident İlham Əliyev 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında qanun imzalayıb. Qanuna görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 60 manat məbləğində təsdiq edilir.
2009-cu il üçün yaşayiş minimumu haqqında qanuna əsasən isə gələn il üçün yaşayış minimumu ölkə üzrə 84 manat müəyyən edilir. Bu məbləğ əməkqabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün isə 69 manat məbləğində təsdiqlənir.
Hər iki qanun 2009-cu il yanvarın 1-dən qüvvəyə minir.
XS
SM
MD
LG