Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

Buş İlham Əliyevə təşəkkür məktubu göndərib


ABŞ prezidenti Corc Buş azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib. Məktubda azərbaycanlı hərbçilərin İraqda verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq bildirilir:
«Böyük çətinliklərə baxmayaraq, İraqda demokratik hökumətin qurulması və möhkəmləndirilməsinə Azərbaycan xalqının dəstək vermək arzusu onun güclü iradəsinin nümunəsidir. Azərbaycanlılar İraqda azadlığın qorunmasına yardım məqsədi ilə aparılan uğurlu əməliyyatlarda iştirakları ilə fəxr edə bilərlər».
Buş deyir ki, Birləşmiş Ştatlar dünyada digər ümumi maraqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirməyi ürəkdən arzulayır.
Azərbaycanın İraqda beş il xidmət edən 150 sülhməramlısı ötən həftə vətənə dönüb.
XS
SM
MD
LG