Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47

ANSPress.com erməni hakerləri tərəfindən dağıdıldığını iddia edir


ANSPress.com internet səhifəsi erməni hakerləri tərəfindən dağıdıldığını iddia edir. Bu barədə ANS.az saytında yerləşdirilən məlumatda bildirilir. İnformasiya portalı oxucularından üzr istəyir və ən qısa vaxtda öz işini bərpa edəcəyini bildirir.

Bu arada Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, yaxın gələcəkdə Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq: «Müraciət edən şəxslərə texniki yardım, habelə məsləhət xidmətləri göstəriləcək».

ANSPress.com internet səhifəsi bir neçə gündür ki, fəaliyyət göstərmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG