Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:46

«Düşün arabalarınızdan!»


Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri parlamentdəki iclasların birində deputatlara üzünü tutaraq dediyi sözləri xatırladır

Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri parlamentdəki iclasların birində deputatlara üzünü tutaraq dediyi sözləri xatırladır

«Hər şey eqodan başlayır. İnsanın içərisində qəribə bir duyğu var - başqasının taleyinin səndən asılı olduğunu dərk edən kimi hadisələrə münasibətin dəyişir». Millət vəkili Rəbiyyət Aslanova «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O bildirir ki, insan haqlarının məmur tərəfindən pozulması halları ölkədə kifayət qədərdir:
«Sanki bu masa, bu vəzifə ona buna görə verilib ki, başqalarının talelərini özü istiqamətləndirsin. Bu, mümkün olan şey deyil. İnsanın iş dünyasında psixoloji durum dəyişilməlidir. Təəssüf ki, əsrlərlə formalaşmış düşüncə tərzini dəyişmək mümkün olmur. Məmura elə gəlir ki, əgər o buradadırsa, başqalarından fərqlidir və s. Bunu dəyişmək lazımdır».
Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri parlamentdəki iclasların birində deputatlara üzünü tutaraq dediyi sözləri xatırladır:
«Balakən otaqlarınızın pəncərəsindən görünən deyil. Maşınlarınızın şüşəsindən də onu görə bilməzsiz. Bir az düşün, gəzişin, insanların içərisində olun, görün nə var, nə yox. Düşün arabalarınızdan!»
Söhbətdə iştirak edən hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Azərbaycanda ən çox mübahisə doğuran vətəndaşların sərbəst toplaşmaq haqqıdır:
«Əslində bu haqq digərlərinin istirahət hüququnu pozmamalıdır. Və əks-arqument kimi də həmin faktordan istifadə edənlər çoxdur. Hüquqlar heç vaxt qeyri-məhdud olmur. Haradasa bitir. Bu, hər yerdə belədir. Ziddiyyətli məqam yarandığına görə, Azərbaycanda müstəqil və etibarlı məhkəmə sisteminə ehtiyac var. Problem də odur ki, vətəndaş məhkəməyə vermək hüququndan yararlana bilmir».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG