Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Niyə insan haqlarının qorunması hər bir ölkənin daxili işi sayılır?


Rəhman Bədəlov və Arzu Abdullayeva

Rəhman Bədəlov və Arzu Abdullayeva

«İnsan haqları böyük məkanın amilidir. İnsaniyyətin, mərhəmətin, ləyaqətin göstəricisidir. Çoxlu mexanizmlər tapılmalıdır ki, dünya birləşsin və insan haqlarını bərpa etsin». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyir. O, hesab edir ki, insan hüquqlarının qorunması hər bir ölkənin daxili işi sayıla bilməz:

«Bəşəriyyət yaranandan insan haqq-ədalətin qorunması arzusuyla yaşayır. Ona görə də, bu məsələ ayrı-ayrı ölkələrin daxili işi ola bilməz».

Professor Rəhman Bədəlov da bu fikirlə razılaşır:

«Bəşəriyyət başa düşür ki, onun tarixi insanın üzərində qurulmalıdır. Yüz il bundan əvvəl bizim planet ölkələr planeti idi. 22-ci əsrdə isə artıq ölkələr planeti yox, insanlar planeti olacaq. Ona görə də insan haqlarının qorunması hər bir ölkənin daxili işi sayılır».

«Can Bakı»nın dinləyiciləri Azərbaycanda hər addımda insan hüquqlarının pozulmasından, hüquq müdafiəçilərinin işlərinin öhdəsindən yetərincə gələ bilməmələrindən gileyləndilər. Arzu Abdullayeva etiraf etdi ki, son illər adi vətəndaşların müraciətlərinə kifayət qədər vaxt ayıra bilməyiblər:

«Problemlər çoxdur. Beş jurnalist həbs olunub, siyasi məhbuslar, işgəncələr var. Bu məsələlər o qədər vaxtımızı alır ki, kommunal, sosial məsələlərə diqqət yetirə bilmirik».

Bununla belə, A.Abdullayeva deyir ki, hüquqları pozulan insanlar narahat olmasınlar. Belə ki, hüquq müdafiəçiləri bir araya gəlib, koalisiya yaradıblar. Bu sahədə hər hansı şikayəti olan insanlar bu koalisiyaya müraciət edə bilərlər:

«Bizim vəkillərimiz də var. Onlar əksər hallarda pulsuz məsləhətlər verirlər».

Rəhman Bədəlovun fikrincə isə, hüququ pozulan şəxs gözünü hüquq müdafiəçisinə dikməklə kifayətlənməməlidir:

«Hamı öz hüququnu müdafiə etməyi bacarmalıdır. İnsanları narahat edən ümumi məsələlərə birləşib müqavimət göstərmək lazımdır. Cəmiyyət haqsıqlıqlarla mübarizə aparsa, heç olmasa bir məsələdə qələbə çalmaq olar».

Buna da bax:

XS
SM
MD
LG