Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 16:30

İnsan Haqları Bəyannaməsinin qəbulundan 60 il ötür


BMT-nin Baş katibi Ban Ki Mun

BMT-nin Baş katibi Ban Ki Mun

Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günüdür. Bu gün həm də Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbulundan 60 il ötür. BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, bu gün qarşılaşdığımız problemlər Bəyannaməni yaradanların qarşılaşdığı problemlər kimi çətindir:
«Biz ərzaq çatışmazlığı və qlobal maliyyə böhranı ilə üzləşirik. İnsanların təbiəti amansızcasına istismarı davam etməkdədir. Həddən artıq çox ölkələrdə siyasi təqiblər mövcuddur».
Ban Ki Mun deyir ki, bu ehtiyac və təqiblərdən əhalinin ən həssas təbəqələri əziyyət çəkir:
«Hüquqlar və xüsusilə onların pozulması halları bütün dünyanı həmrəyliyə gətirməlidir».
1948-ci ilin dekabrın 10-da qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsində fundamental insan hüquq və azadlıqlarından bəhs edilir.
XS
SM
MD
LG