Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Səfir Müdafiə naziri oldu


Gürcüstanın Amerikadakı səfirini Müdafiə naziri vəzifəsinə təyin ediblər. Yeni nazir David Sixarulidze 2006-cı ildən Vaşinqtonda səfir idi. Avqustda Rusiyayla münaqişədən sonra Gürcüstan Nazirlər Kabinetində dəyişiklik aparılır.
Müdafiə və Xarici İşlər nazirləri keçən həftə vəzifədən çıxarılıb. Yeni Xarici İşlər naziri diplomat Qriqol Vaşadzedir. Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomayanın da başqasıyla əvəz olunacağı gözlənir.
XS
SM
MD
LG