Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Kompyuter oyunları amerikalıları aludə edib


Oyunçuların yalnız 40 faizinin təhsili aşağıdır, əksəriyyəti ya kollec, ya da ali məktəb təhsili olanlardır

Oyunçuların yalnız 40 faizinin təhsili aşağıdır, əksəriyyəti ya kollec, ya da ali məktəb təhsili olanlardır

Bütün gününu dörd uşağının çirkli əskilərini yumaqla, uşaqların haray-qışqırığı ilə keçirən Sara Nineslinq axşamlar uşaqları yatandan sonra Vaşinqtona nüvə hücumundan sonra sağ qalanların «xilas edilməsi» ilə məşğul olur…Bu, 30 yaşlı ev xanımı Saranın ən çox sevdiyi kompyuter oyunlarındandır. «Nüvə çöküntüsü 3», «Döyüş təyyarələri dünyası» adlanan müharibə oyunları onu ən çox komyuter qarşısında saxlayan oyunlardandır. Hər gün bəzən gecə yarısına qədər oynayıb, özünü qəhrəman kimi hiss etmək istəyir.
Bu cür qəhrəman olmaq istəyənlər isə indi Birləşmiş Ştatlarda kifayət qədər çoxdur. «Pew Internet&American Life Project» adlı qurumun keçirdiyi və nəticələri ötən şənbə elan olunan sorğuya görə, Amerikada yetkin yaşlı adamların demək olar yarıdan çoxu komyuter oyunlarına aludə olub. Onların hər beş nəfərindən biri isə oyunları hər gün oynayır.
Rəyi soruşulan yeniyetmələrin 97 faizi, 18-29 yaşlıların 81 faizi, 65 və daha yuxarı yaşlıların isə 23 faizi kompyuter oyunları oynadıqlarını deyiblər.
Oyunçular arasında cinsə görə, bölgüdə də təsəvvür olunan qədər ciddi fərqlər yoxdur. Oyunçuların 50 faizi qadınlar, 55 faizi isə kişilərdir. Halbuki belə təsəvvürlər var ki, komyuter oyunlarını vaxtını çöldə keçirmək istəyən oğlanlar oynayırlar.
Sorğunun bir maraqlı nəticəsi də oyunçuların təhsil səviyyəsinə görə bölgüsüdür.
Oyunçuların yalnız 40 faizinin təhsili aşağıdır, əksəriyyəti ya kollec, ya da ali məktəb təhsili olanlardır.
Sorğuya görə, yeniyetmə və azyaşlı uşaqları olan valideynlər daha çox komyuter oyunlarına alışqandırlar. Onların çoxu hətta arzu edir ki, kaş uşaqları yaşda olub, daha ləzzətlə oyun oynaya biləydilər. Buna baxmayaraq, valideynlər oyunu uşaqları ilə oynamaq istəmirlər. Onlardan yalnız 31 faizi oyun arxasında uşaqları ilə birlikdə olurlar.
Sara Nineslinqin uşaqları 2, 4, 5 və 9 yaşındadır. Uşaqlar çox sayda kompyuter oyunlarını oynamağı bacarırlar. Amma o, uşaqların vaxtını nə qədər ekran qarşısında keçirdiklərinə ciddi nəzarət edir. Dediyinə görə, uşaqların hərəsi gündə bir saat oyunlara sərf edirlər.

Kompyuter oyunlarının insanı özünə çəkən tərəfi ondakı interaktivlik, adamı oyundakı əhvalata cəlb etmək imkanıdır. Üstəlik, oyundakı əhvalatı özün istədiyin kimi dəyişə də bilərsən. Saranın fikrincə, onu televizorun deyil, kompyuterin qarşısına çəkən əsas məqam da məhz budur.

Günün bütün mövzuları

XS
SM
MD
LG