Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:56

Rusiya-Azərbaycan qarşılaşması «Lujniki»də baş tutacaq


Futbol üzrə Dünya çempionatı 2010-un finalına vəsiqə uğrunda eyni qrupda mübarizə aparan Rusiya və Azərbaycan yığmalarının qarşılaşması «Lujniki» stadionunda keçiriləcək. Bu barədə Rusiya Futbol Federasiyasının (RFF) rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın gələn il martın 28-də Moskva vaxtı ilə saat 17:00-da başlayacağı nəzərdə tutulub.
Stadionun seçilməsi ilə bağlı qərar RFF-nin rəhbərliyi ilə bu ölkə yığmasının baş məşqçisi Quss Hiddinkin birgə müzakirələrindən sonra verilib.
XS
SM
MD
LG