Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54

«Camaatın bizə bir az sevgi ilə yanaşmaq şansını əldən buraxdıq»


Əkrəm Əylisli

Əkrəm Əylisli

«Parlamentdən baxanda xalq, millət, ölkə görünməlidir. Ölkədən də baxanda ora xoşməramlı, insan qayğısı çəkən, alicənab, insanpərvər bir yer kimi görünməlidir. Parlamentin ona xalq tərəfindən ləyaqətli bir orqan kimi baxmasına ehtiyacı var».

Yazıçı, millət vəkili Əkrəm Əylisli «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. Milli Məclisdə son müzakirə olunan Xəzərin sahili ilə bağlı məsələyə toxunan yazıçı «mən sevinə-sevinə gözləyirdim ki, parlament bunun əksinə qərar çıxaracaq» - deyib:

«Hökmən belə olmalı idi. Əlimizə bir şans düşmüşdü ki, millətə «ay millət, biz elə hər şeyə hə demirik, yeri düşəndə etirazımızı da bildiririk» deyək. Amma çox təəssüf edirəm ki, bu, baş tutmadı. Orada əyləşənlərin bəlkə 95 faizi istəmirdi ki, o qərar keçsin. Çünki parlamentdə dəniz qırağını hasara almaq miqdarında pulu olan adam yoxdur, uzağı 3-5 nəfər tapılar. Təəccüblü oldu ki, səs verdilər. Cəmi 15 nəfər «yox» dedi. Mən də onların içində. Amma bu şansı əldən buraxdıq ki, camaat bizə bir az sevgi ilə yanaşsın».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG