Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:07

«Qurbanlıq qoyuna bir neçə ailə şərik ola bilməz»


Yaşar Qurbanov
Yaşar Qurbanov
«Qurbanlıq qoyuna bir neçə ailə şərik ola bilməz».

Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına ilahiyyatçı-dinşünas Yaşar Qurbanov deyir. Onun sözlərinə görə, qurbanlıq qoyun altı aydan böyük olmalıdır. Bu qoyunu yalnız bir ailə kəsə bilər:

«Qurban ətini ən yaxşısı üç yerə paylamaqdır. Bir pay özünə götürmək, iki paysa kasıblara vermək məsləhətdir. Qurbanlıq keçi bir yaşdan kiçik olmamalıdır. İnək və dana isə üç yaşdan böyük olmalıdır. Bunu bir və yaxud yeddi nəfər birləşib kəsə və neçə yerə istəsə bölə bilər. Əsas odur ki, ət fağırlara, kasıblara paylansın».

Y.Qurbanov deyir ki, Qurban bayramında iki qurban da kəsmək olar. Birini öz ailən, digərini isə kasıblara paylamaq üçün. Amma bu bayramın mahiyyəti təkcə qurban kəsmək deyil:

«Bayramdan 10 gün əvvəl edilən ibadət, hətta tutulan oruc, görülən xeyirxah əməllər və nəhayət, bayram günü qılınan namazla Allaha yaxın olmaq, onun savabını qazanmaq mümkündür. Əgər imkanın varsa, bayram namazından sonra qurban kəsə bilərsən».

İlahiyyatçı-alim onu da deyir ki, bayram namazından əvvəl kəsilən qurban qəbul olunmur:

«Qurban mütləq bayram namazından sonra günün istənilən saatında kəsilə bilər. Bu gün qüsul almaq, ətir sürtmək, təmiz geyinmək lazımdır».

Yaşar Qurbanov əlavə edir ki, Qurban bayramında heyvanları bir-birinin gözü qarşısında kəsmək günahdır:

«Təəssüf ki, bir çox qəssablar buna əməl etmirlər».

Buna da bax:

XS
SM
MD
LG