Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:08

Əsgərlərə yeni il hədiyyəsi


Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye «Azadlıq» radiosuna eksklüziv müsahibə verib
Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye «Azadlıq» radiosuna eksklüziv müsahibə verib
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:
- Xarici İşlər nazirlərinin Helsinki görüşünü necə qiymətləndirirsiniz?
- Helsinkidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlərin görüşü çox faydalı idi. Birincisi, nazirlər və Minsk Qrupu arasında çox uzun - beş saatdan çox bir müzakirə keçdi. Onlar nazirlərin münaqişə haqqında birgə bəyanatının mətnini qəbul etdilər. Bu mətndə hər iki nazir etiraf edir ki, Moskva bəyannaməsi irəliyə doğru atılmış vacib addım idi. Onlar danışıqlar prosesini daha da aktivləşdirməlidirlər. Münaqişənin sülh yolu ilə çözümünün üç həmsədr ölkə tərəfindən ötən ilin noyabrında irəli sürülmüş əsas prinsiplər üzərində işi tamamlamalıdırlar. Bu prinsiplər əsasında sülh razılaşmasının layihəsi də hazırlanmağa başlamalıdır.
İkincisi, nazirlər prosesə təzə impuls vermək naminə bu səylərin lazımi qarşılıqlı inam yaradan addımlarla müşayiət olunmasının vacibliyini vurğulayıblar. Bu, donmuş münaqişə ilə bağlı, ATƏT-in bütün ölkələrinin nazirlərinin imzaladığı ilk bəyanatdır.
- Bu addımların atılmasında hər hansı bir vaxt cədvəli varmı? Ümumiyyətlə, «qarşılıqlı inam yaradan addımlar» dedikdə, nə nəzərdə tutulur?
- Bu addımlar nazirlərin bəyanatında əksini tapmır. Başqa bir sənəddə qeyd olunub ki, o da eyni əhəmiyyətə malikdir. Bu, Fransa, Rusiya və Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatı idi. Üç ölkədən ikisi Xarici İşlər naziri səviyyəsində təmsil olunmuşdu. Xanım Kondoliza Rays da gəlməli idi, lakin bildiyiniz kimi, Mumbaydakı faciəvi hadisələr Hindistan və Pakistan arasındakı münasibətləri gərginləşdirib. Xanım Rays həmin bölgəyə getməli oldu. Buna görə də, Birləşmiş Ştatları onun müavini Daniel Frid təmsil etməli oldu. Bernar Kuşner, Sergey Lavrov və cənab Frid Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüş keçirib onlara dəqiq olmasa da, bir təqvim təklif etdilər. Bu da, gələn ilin ortalarına qədər əsas prinsiplərin tamamlanması üzərində işi başa çatdırmaq təklifi idi. Bundan əlavə, üç vasitəçi ölkə hər iki tərəfə bu səylərə yardımçı olacaq texniki işçi sənədlər ötürüblər. Tərəflər həmin sənədləri gündəlikdə olan əsas problemlər üzrə kompromislərin əldə olunması üçün öyrənə, istifadə edə, ya da etməyə bilərlər.
Və nəhayət, Sergey Lavrov, Bernar Kuşner və Daniel Frid bəyanat imzalayaraq tərəfləri irəli addımlar atmağa çağırıblar. Konkret olaraq, o addımlardan söhbət gedir ki, onları Minsk Qrupunun üç həmsədri - cənab Merzlyakov, cənab Brayza və mən noyabrın ortasında ən yüksək səviyyədə tərəflərə təklif etmişdik. Biz o zaman tərəflərdən Moskva bəyannaməsində altına imza atdıqları qarşılıqlı inam doğuran addımlar atmaq öhdəliyinə sadiqliq göstərmələrini istəmişdik. Vasitəçilər, xoş niyyətin ilk göstəricisi kimi, yeni ilə qədər, bunu, bəzən səngərdə həyatını itirən əsgərlərə yeni il hədiyyəsi də adlandıra bilərik, cəbhə xəttindən snayperlərin geri çağırılmasını təklif edib. Çünki bildiyiniz kimi, hazırda hər iki tərəfdən itkilərin əsas səbəbkarı məhz uzun mənzilli silahlardır. Bu, Minsk Qrupuna həmsədr ölkələrin çağırışıdır.
- Bəs tərəflər necə, razılaşıblar?
- Biz qarşıdan gələn həftələr ərzində bu məsələyə aidiyyəti olan bütün qurumlardan pozitiv cavab gözləyirik. Bu, təkcə əsgərlərin yox, həm də mülki əhalinin həyatının qorunması üçün vacibdir. Bilirsiniz ki, münaqişə zonasında təkcə əsgərlər həlak olmur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG