Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:54

Barak Obama İranla birbaşa danışmaq niyyətindədir


İran məsələsi Barak Obamanın əsas sınağı olacaq
İran məsələsi Barak Obamanın əsas sınağı olacaq

Barak Obama İranı iqtisadi təkliflərlə şirnikdirmək niyyətindədir. Lakin deyir ki, "qamçını" da əldən yerə qoymaq olmaz.

Vaşinqton (Röyters) - Barak Obama bildirib ki, İranın atom proqramından imtina etməsi müqabilində bu ölkəylə maraqlı iqtisadi təkliflər irəli sürməyə hazırlaşır. Lakin xəbərdarlıq edib ki, təkliflərin rədd ediləcəyi təqdirdə İrana qarşı olan sanksiyalar daha da gücləndirilə bilər.

“Biz birbaşa danışıqlar aparıb onları seçim qarşısında qoymaq əzmindəyik. Qoy özləri üçün qərarlaşsınlar ki, hansı yolu seçirlər: vəziyyətin ağırlaşdırılmasını, yoxsa asan yolu” – deyə Barak Obama NBS TV kanalının “Meet the Press” (Mətbuatla görüş) proqramında bildirib.


Obama gələn il yanvarın 20-də ABŞ prezindeti səlahiyyətlərinin icrasına başlayır və İran məsələsi onun xarici siyasətinin ilk sınağı kimi qiymətləndirilir.

Son ay ərzində İran növbəti dəfə bildirib ki, ölkənin atom proqramını genişləndirmək fikrindədir və bununla da Qərbin təzyiqləri qarşısında geri çəkilmək niyyətində olmadığını nümayiş etdirdi. Tehran əmin edir ki, atom proqramının məqsədi elektrik enerjisinin əldə olunmasıdır. Qərb isə bu programın arxasında atom silahının əldə olunbması niyyətinin durduğunu iddia edir.


Ötən həftə İran bəyan edib ki, Barak Obamanın prezidentliyi dövründə Amerika siyasətinin dəyişəcəyinə inanmır. 1979 il islam inqilabından sonra İranla əlaqələrini kəsən ABŞ atom proqramına başlayan İranın təcrid olunması üçün böyük səylər göstərir.

“Birbaşa diplomatiya yolu ilə İrana aydın etmək lazımdır ki, atom silahının yaradılıması cəhdi biz tərəfdən qəbiledilməzdir, terror təşkilatlarına dəstək vermək, İsraili hədələmək bizim dəyərlərimizə kökündən ziddir ” – deyən Obama əlavə edib ki, onun adminidtrasiyası öz müttəfiqləri ilə birgə İranın atom proqramından imtinasına yönələn beynəlxalq “qamçı və şəkər” siyasətını həyata keçirəcək.

Barak Obama bilidirb: “Şəkər” siyasətil kimi biz elə iqtisadi təkliflər irəli surə bilərik ki, əsas neft ixracatçısı olmasına baxmayaraq böyük iqtisadı gərginlik, yüksək inflyasiya və işsizlik problemləri yaşayan bir ölkə üçün kömək ola bilərdi”.

İqtisadi təkliflərin nədən ibarət olduğunu aşıqlamayan Obama həmçinin deyib ki, İrana təsir
etmək üçün “qamcını” da əldən yerə qoymayacaqlar.

İranın atom proqramları Qərbi təşvişə salıb ki, bu ölkə atom silahı əldə edə bilər. 2006-cı ildən bəri İrana qarşı həm BMT-nin, həm də ABŞ-ın ayrıca qəbul etdiyi müxtəlif sanksiyalar tətbiq olunub.


Bu ilin oktyabrında respublikaçı rəqibi Mak Keynlə keçirdiyi debat zamanı Barak Obama bildirmişdi ki, prezident seçilsə onun administrasiyası emal edilmiş neft məhsullarının catışmamazlığını yaşayan İrana benzin idxalını qadağan edən sanksiyanı aradan götürəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG