Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:59

Hökumət Əlikram Hümbətova 14 min avro təzminat ödəməlidir


Ə.Hümbətov hazırda Haaqada yaşayır
Ə.Hümbətov hazırda Haaqada yaşayır
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Əlikram Hümbətovun müraciətini araşdıraraq ona 14 min 90 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Məhkəmə Ə.Hümbətova münasibətdə İnsan Hüquqları üzrə Konvensiyada «ədalətli mühakimə hüququ» və «vaxtında tibbi yardım almaq hüququ» maddələrinin pozulduğunu müəyyənləşdirib.

Məlumatda bildirilir ki, Ə.Hümbətov həbsxanada olan zaman onda vərəm xəstəliyi aşkarlanıb. İddiaçı müalicə üçün müvafiq orqanlara müraciət etdiyini, lakin lazımi tədbir görülmədiyindən sağlamlığına zərər dəydiyini bildirib. Bundan başqa, AİHM Ə.Hümbətov barədə məhkəmə qərarından apelyasiya şikayəti üzrə prosesin ədalətli keçirilmədiyi qərarına gəlib. / APA /

Ə.Hümbətov 1993-cü ilin yayında ölkənin cənubunda «Talış-Muğan Respublikasını» elan edərək hakimiyyət əleyhinə hərbi qiyam qaldırmaqda günahlandırılırdı. O, məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. 2004-cü ildə isə əfv olunan Ə.Hümbətov elə həmin il Azərbaycandan mühacirət etdi. O, hazırda Haaqada yaşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG