Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Siyasi mühiti dəyişmək fürsəti


«Azərbaycanda siyasi amnistiya (əfv) ilə başlayacaq yeni siyasi mühitə ehtiyac var»
«Azərbaycanda siyasi amnistiya (əfv) ilə başlayacaq yeni siyasi mühitə ehtiyac var»
«Yeni Müsavat» qəzeti: «Hakimiyyətin 2008-ci ilin son ayında aktivinə real (yəni saxtalaşdırılmayan) xal yazması üçün unikal şans yaranıb. Bu xalları qazanmaq üçün nə siyasi iradə gərəkdir, nə də «görəsən, filankəsi azad etsəm, ortaya problem çıxmaz ki» sualı üzərində düşünmək. Azərbaycan, şükür Allaha ki, Şərqi Timor deyil ki, yaraqlılar kimisə girov götürüb hökumətdən silahdaşlarını həbsdən buraxmağı tələb etsin. Ya da Fələstin deyil ki, həbsdən buraxılanların yenidən silahlı qruplaşmalara qoşulmaq təhlükəsi olsun. Keçmiş prezident Heydər Əliyev onun hakimiyyəti üçün daha təhlükəli olanları, hətta ona silah qaldıranları həbsdən buraxıb. Hakimiyyətin qara siyahısında olan indiki siyasi dustaqların cibindən isə heç paslı bir patron da (əlbəttə, Eynullanın evindən çıxan boş gilizdən başqa) tapılmayıb...

Əli İnsanovu da həbsdən buraxmaq olar, Fərhad Əliyevi də, hakimiyyətlə yolları ayrılan, hakimiyyətin siyasətinə müxalif olanları da. Gürcüstan keçmiş Sovet respublikaları arasında ağır cinayətlərin sayına görə həmişə ön yerdə olub. Saakaşvili altı aydan bir hökuməti dəyişdiyi kimi həbsxanaları da boşaldır. Bəyənmədiyimiz Türkmənistanda da keçmiş prezident Niyazovun həbsxanaya doldurduğu siyasi rəqiblərin əksəriyyəti azadlığa buraxılıb. Azərbaycanda da siyasi amnistiya (əfv) ilə başlayacaq yeni siyasi mühitə ehtiyac var.

Hamı da o havaya köklənib deyəsən...».



«Azadlıq» qəzetinin budəfəki həmsöhbəti Mirzə Sakitdir: «Həbs olunandan sonra məni «Bayıl» təcridxanasına apardılar. Adətən orada dustaqları kateqoriyalara bölürlər. Məni üç narkomanın yanına atdılar. Kameraya girəndə salam verib oturdum. Soruşdular ki, nəyə görə tutulmusan, dedim narkotikə görə. 2-3 saat keçəndən sonra gördüm mənimlə nə isə şübhəli danışırlar. Türmənin qayda-qanunları var, içəriyə girən adamın kimliyi bilinməlidir. Bəlkə, kimisə məqsədli şəkildə atıblar ki, kimdənsə söz çəksin. Birdən mənə dedilər ki, qardaş, incimə, amma sən narkomana oxşamırsan. Çünki narkomanlar narkomanı baxan kimi tanıyır. Dedim, vallah mənim maddəm belədir. Həmin vaxt radioda mənim haqqımda danışırdılar. Dustaqlardan biri də dedi ki, bu jurnalist kimdisə, neçə gündür onun barəsində danışırlar. Dedim, həmin adam mənəm. «Mirzə sakit sənsən?», dedilər. Üzr istədilər. Dedilər, əvvəldən hiss eləmişdik ki, sən narkoman deyilsən. Dedim siz məndən maddəmi soruşanda demədim ki, narkomanam, dedim maddəm 234.1-dir.

Cəza çəkdiyim müddətdə hamı mənə o sözü dedi ki, bu maddənin sənə aidiyyəti yoxdur. Bütün cəmiyyət bildi ki, bu, mənə atılan çamurdur. Eləcə də Qənimətin xuliqanlıqda ittiham olunması. ABŞ səfiri xanım Enn Ders Qənimətin həbsindən sonra onun evinə gedib, ailəsinə baş çəkmişdi. Məgər, səfir xuliqanın evinə gedər? Bu yolda əziyyət olmalıdır. Biz də buna qatlaşmalıyıq. Xalq yolunda, millət yolunda ölüm də şərəfdir. Söz verirəm ki, ömrümün bundan sonrakı hissəsində də kimliyindən asılı olmayaraq hakimiyyətə müxalif mövqedə qalacam. Sabah müxalifət də hakimiyyətə gəlsə, mən bir yazar olaraq ədalətli mövqedən çıxış edəcəm. Mənim üçün hakimiyyət məfhumu yoxdur. Birinci kitabımı AXCP sədri Əli Kərimliyə hədiyyə edəndə içinə belə bir cümlə yazmışdım ki, «Əli bəy, sizi bilmirəm, mən ömrüm boyu müxalifətdə qalacam». Əli bəy də fikrimə çox normal yanaşdı. Dedi, əsl yazar belə olmalıdır. Şair üçün hakimiyyət məfhumu yoxdur. Haqq-ədalət prinsipi var...»



«Yeni Azərbaycan» qəzeti: «Azərbaycanın Milli Bankda saxlanılan strateji valyuta ehtiyatlarının həcmi 5 milyard 348.6 milyon manat təşkil edir. Bu, dollar ekvivalenti ilə 6 milyard 600 milyon deməkdir. Valyuta rezervləri son 8 ayda 2 milyard 400 milyon dollardan çox artıb... Yəni, Milli Bankın rezervləri ilin əvvəlləri ilə müqayisədə 50 faizdən çox artıb. Proqnozlara görə, ilin sonuna kimi ehtiyatların həcmi xarici valyuta ilə 7 milyarda çatacaq. Mərkəzi bankdakı ehtiyatlarla bərabər, digər strateji maliyyə mənbəyi olan Dövlət Neft Fondundakı vəsaitləri də nəzərə aldıqda Azərbaycanın valyuta ehtiyatlarının 18 milyard manatı ötdüyünü görmək olar. İlin sonunda Azərbaycanın məcmu valyuta ehtiyatlarının 19 milyard manata çatacağı proqnozlaşdırılır...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG