Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:58

AXCP-nin «klassiklər» qanadı Klassik Xalq Cəbhəsi Partiyasına çevrildi


Mirmahmud Mirəlioğlu alternativsiz KXCP-nin sədri seçildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) «klassiklər» qanadı indən sonra Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) adıyla fəaliyyət göstərəcək. Partiyanın martın 26-da keçirilən V qurultayında belə qərar verilib. 250-i nümayəndənin iştirak etdiyi tədbirdə hüquqi qeydiyyat problemini həll etmək və təşkilatlanma işini gücləndirmək üçün partiyanın köhnə adından imtina edilməsi qərara alınıb. Sonra KXCP-nin birinci təsis qurultayı keçirilib.

Qurultayda partiyanın sədr müavini Zəlimxan Məmmədli başda olmaqla bəzi funksionerlər qurumun lideri Mirmahmud Mirəlioğlunun fəaliyyətini tənqid ediblər. Onların sözlərinə görə, sədrin təşkilati bacarığı olmadığından qurum daxilində fikir ayrılıqları dərinləşib, vaxtında partiyanın adı dəyişdirilmədiyindən hüquqi qeydiyyatı yubadılıb və s.


Amma sədrliyə namizədlərin irəli sürülməsi zamanı Zəlimxan Məmmədli də daxil olmaqla bütün funksionerlər namizədliklərini geri götürüb və Mirmahmud Mirəlioğlu alternativsiz olaraq KXCP-nin sədri seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG