Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

Rusiya Avropanın təhlükəsizliyinə dair yeni paktını açıqlayıb


Dekabrın 5-də Rusiya ATƏT-in Helsinkidə keçirilən toplantısında Avropanın təhlükəsizliyinə dair yeni paktını izah edib. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu sənəd dünyada sabitliyi daha da yaxşılaşdıra bilər:
«Bizim təklifin ayrılmaz hissələrindən biri də Avropada adi silahlara nəzarətin gücləndirilməsidir. Biz əminik ki, bu istiqamətdə razılaşma ümumi şəraiti dəyişər və bütün ATƏT ölkələrinin maraqlarına cavab verər, bu qitədə inamın, təhlükəsizliyin əsaslarının yaranmasına kömək edərdi».

Qərb mediasının yazdığına görə nazirlərin əksəriyyəti Rusiyanın bu təklifini soyuq qarşılayıb. Birləşmiş Ştatların rəsmiləri bildiriblər ki, Rusiya bu təkliflə əslində regionda NATO-nun təsirini zəiflətməyə çalışır.

Nazirlərin toplantısında keçmiş sovet respublikalarından - Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yazılı bəyanat yayaraq Rusiyanın təklifini müdafiə etdiklərini bildiriblər.
XS
SM
MD
LG