Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Nazirlər birgə bəyannaməni razılaşdıra bilməyib


2002-ci ildən bəri ATƏT-in toplantılarında birgə siyasi bəyannamə qəbul etmək mümkün olmur

2002-ci ildən bəri ATƏT-in toplantılarında birgə siyasi bəyannamə qəbul etmək mümkün olmur

ATƏT ölkələri xarici işlər nazirlərinin toplantısının yekununda birgə bəyannaməni razılaşdırmaq mümkün olmayıb. Helsinkidə keçirilən iki günlük toplantıda 56 ölkənin xarici işlər naziri ATƏT məkanında təhlükəsizlik və münaqişələrin nizamlanmasını müzakirə edirdilər.
Əsas fikir ayrılıqlarından biri Rusiyanın Gürcüstanın separatçı bölgələrinə beynəlxalq müşahidəçiləri buraxmaması üstündə yaranıb. Avqustda Gürcüstana hərbi müdaxilədən sonra Rusiya separatçı Cənubi Osetiya və Abxaziya müstəqil dövlət kimi tanıyıb.

Birləşmiş Ştatların dövlət katibinin müavini Daniel Frid bildirib ki, Rusiyanın bu regionlara beynəlxalq müşahidəçilərin buraxılması barədə öhdəliyi var.
Rusiyanın Xarici işlər naziri isə deyib ki, Qərbin hərbi gəmiləri regiona gəlməklə vəziyyəti daha da gərginləşdirib.

ATƏT-də qərarlar konsensus – ümumi razılıqla qəbul olunur. 2002-ci ildən bəri bu təşkilatın toplantılarında birgə siyasi bəyannamə qəbul etmək mümkün olmur.

Şərhləri göstər

XS
SM
MD
LG