Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

«Azərbaycana gələn könüllü ayda 170 manatla dolanır»


Səbuhi Rzayev, Nina Rasolski və Emin Əmrullayev

Səbuhi Rzayev, Nina Rasolski və Emin Əmrullayev

Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı – Azərbaycan Könüllülər İctimai Birliyinin sədri Səbuhi Rzayev deyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi birlik 2000-ci ildən fəaliyyət göstərir. Amma rəsmi qeydiyyatdan 2003-cü ildə keçiblər. İndiyədək gənclərin aktivliyinin artırılması istiqamətində bir sıra layihələr həyata keçiriblər.

Avropa Birliyinin Gənclər Proqramı çərçivəsində Azərbaycan gənclərinin Avropaya inteqrasiyası layihəsini reallaşdırıblar: «Bizə müraciət edən könüllüləri xarici ölkələrə seminarlara, təlimlərə göndəririk. Xaricdən gələnlər üçün isə burda tədbirlər keçiririk».

Səbuhi Rzayev deyir ki, Azərbaycanda çoxları könüllülərin nə işlə məşğul olduğunu bilmirlər: «Könüllü» - heç bir təmənna güdmədən öz bacarığı, imkanları daxilində hər hansı işdə başqasına yardımçı olan şəxsdir. Beynəlxalq Könüllülər Günü BMT tərəfindən təsis olunub. 1950-ci ildən başlayaraq, dünyanın müxtəlif ölkələrində könüllülər hərəkatı fəaliyyət göstərir. Azərbaycanda əsasən gənclər könüllü dəstəsinə qoşulsa da, dünya ölkələrində 50-60 yaşlı təqaüdə çıxan insanlar könüllü olurlar».

Azərbaycanda könüllü kimi fəaliyyət göstərən almaniyalı Nina Rasolski və fransalı Kamill Fontonelli də verişin qonağı olublar. Onlar artıq 3 aydır ki, Bakıda olduqlarını bildiriblər. 19 yaşlı Nina Bakı Uşaq Teatrında könüllü prinsipi ilə çalışır. 24 yaşlı Kamill isə SOS uşaq düşərgəsində fəaliyyət göstərir.

Avropa Tələbələr Forumunun Bakı təşkilatının rəhbəri Emin Əmrullayevin dediyinə görə, Bakıda fəaliyyət göstərən könüllülər burada evlə təmin olunurlar: «Onların ölkəmizdəki xərcini Avropa Birliyinin Gənclər Proqramının komissiyası öz üzərinə götürür. Bu, çox kiçik büdcədir. Ayda 170 manat pul alırlar. Onların qazancı maddi yox, mənəvidir».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG