Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Helsinki bəyannaməsi nəyi dəyişəcək?


Helsinkidə xarici işlər nazirlərinin konfransı, 4 dekabr 2008

Helsinkidə xarici işlər nazirlərinin konfransı, 4 dekabr 2008

«Azadlıq» qəzeti yazır prezidentlərin Moskva bəyannaməsindən sonra Helsinkidə növbəti sənədin imzalanması nəzərdə tutulub. Məsələyə münasibət bildirən siyasi təhlilçi Rauf Mirqədirov deyir ki, Rusiya açıq şəkildə sülh razılaşmalarına qarşı çıxa bilməz. «Amma digər tərəfdən Rusiya əlində olan bütün imkanlardan istifadə edəcək ki, razılaşmalar baş tutmasın. Söhbət ilk növbədə problemin tam həllindən gedir. Ən yaxşı halda Rusiya aralıq razılaşmanın əldə olunmasına imkan verə bilər. Burada əsas rolu Azərbaycan və Ermənistan prezidentləri oynayır. Onların siyasi iradəsi çox vacib amildir. Hələlik onlar bu siyasi iradənin nümayiş etdirməyiblər».
«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan qadını ictimai-siyasi həyatda layiqli mövqeyini təmin etmişdir». «Respublikada həyata keçirilən qadın siyasəti bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyi, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını təmin etmişdir».

«525»ə müsahibəsində deputat Gültəkin Hacıbəyli bildirib ki «Azərbaycan xarici miqrantlar üçün cəlbedici ölkəyə çevrilib». «Bu gün artıq Azərbaycana İrandan, Əfqanıstandan, İraqdan, hətta ucqar cənub-şərqi Asiya ölkələrindən, Filippindən miqrasiya axını mövcuddur».

«Ekspress»ə açıqlamasında iqtisadçı alim Əli Əlirzayev qlobal böhranının Azərbaycandan yan keçməyəcəyini deyir: «Vəziyyət elədir ki, ya xaricdən kredit alınmalıdır, ya da gərək öz daxili resurslarımızı kreditə buraxasan. Bax bunlar maliyyə bazarına ciddi təsir edir. Kredit faizinin aşağı salınması inflyasiya tədbiridir. Kredit alıcılıq qabiliyyətinin qabaqcadan inkişafı üçün ayrılmış pul resurslarıdır».

«Yeni Müsavat»ın köşə yazarı Hacı Zamin bu dəfə məqaləsini ölkənin təhsil sisteminə həsr edib: «Məktəblərdə uşaqların döyülməsi bizdə bir növ adətdir. Bu, «ey zəbər tə» dövründə, sonra SSRİ məktəbində belə olub, indi də var. Hətta müəllimin şagirdi döyməyi videosu təzəlikcə internetə qoyulmuşdu. Sən demə, bu işin əyani vəsaiti elə dərslikmiş».

Günün bütün mövzuları

XS
SM
MD
LG