Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:50

«Qoyunun pulunu müəllimlərdən yığırlar…»


Natiq Cavadlı: «Heç bir müəllim Təhsil Nazirliyinə şikayət etməyə cəsarət etməyəcək»

Natiq Cavadlı: «Heç bir müəllim Təhsil Nazirliyinə şikayət etməyə cəsarət etməyəcək»

«Gələn həftənin birinci gününə qədər Sumqayıtın məktəb direktorlarına Qurban bayramında qoyun alıb kəsmək tapşırılıb. Əti kasıblara paylayıb deyəcəklər ki, icra başçısı göndərib. Qoyunun pulunu isə müəllimlərdən yığırlar».

Bu sözləri dövlət qurumlarında işçilərdən toplanan qeyri-rəsm ödənişlərlə bağlı araşdırma aparan «Bizim yol» qəzetinin müxbiri Natiq Cavadlı deyir. Onun sözlərinə görə, indi demək olar bütün idarə və müəssisələrdə Qurban bayramı ilə bağlı qoyun almaq üçün işçilərdən pul toplanır. Ancaq rəsmi qurumlarda çalışanlardan yalnız Qurban bayramı üçün pul yığılmadığını deyir. Bakının orta məktəblərindən birində çalışan müəllimə bildirir ki, ötən gün direktor onlardan Heydər Əliyevin vəfatının ildönümünə və birinci yarımilin sonları ilə bağlı məktəbə komissiya gəldiyinə görə hazırlıqlara başlandığını deyib:
«Bizdən 10 manat toplayırlar. Məktəbdə 150 müəllim var. Hərədən 10 manat alanda görün nə qədər pul edir?»

Adının gizli qalmasını israrla xahiş edən müəllimə deyir ki, buna qədər onlardan 10 manat abunə pulu, 5 manat isə istilik sisteminin təmiri üçün yığıblar.
«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, indi təhsil sistemində müəllimlərdən yığılan qeyri-rəsmi ödənişlərə etiraz edənlərin cəzalandırılması üçün yeni tədbirlər görülməkdədir:
«Məndə olan bilgiyə görə, təhsildə baş verənlərlə bağlı etiraz tonunda danışanların müxtəlif bəhanələrlə məhkəməyə verilməsinə hazırlıq gedir. İndi müəllimlərin üzərində olan qorxu xofu heç vaxt olmayıb. Nəinki müəllimlər, hətta direktorlar da pressinq altındadır. Bunlar Azərbaycan təhsilini məhvə aparır».

Təhsil Nazirliyinin Ümumtəhsil məktəblərilə iş şöbəsinin müdiri İdris Mirzəyev isə deyilənləri təkzib edir. Onun sözlərinə görə, heç bir məktəbdə müəllimlərdən zorla pul alınmır: «Əgər kiminsə belə problemi var, Təhsil Nazirliyinə açıq şəkildə müraciət edə bilər».

Təhsillə bağlı silsilə araşdırmalar aparan Natiq Cavadlı isə düşünür ki, heç bir müəllim belə Təhsil Nazirliyinə şikayət etməyə cəsarət etməyəcək:
«Müəllimlər bilir ki, dərs saatlarını ala bilərlər, onları müxtəlif bəhanələrlə işdən kənarlaşdıra bilərlər. Ona görə, də direktor nə qədər pul istəsə işsiz qarşılaşmamaq üçün onlar şikayət etməkdənsə pul verməyi üstün tutacaqlar».

Natiq Cavadlı deyir ki, müəllimlər üzərindəki xof o qədər güclüdür ki, kart sistemi ilə maaş alan müəllimlər halal maaşlarını bankomatdan çıxarıb direktorun tələblərini yerinə yetirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG