Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:41

İran polisi 49 «şeytan» həbs edib


İran polisi şeytan libası geyinmək ittihamı ilə bu həftə 49 nəfəri həbs edib. İRNA xəbər agentliyinin məlumatına görə polis ölkə miqyasında Qərb mədəniyyətinin təsirlərinə qarşı əməliyyat keçirib. Polis adamları daha ciddi paltarlar geyinməyə məcbur edir.
İRNA polisin narahat və şeytan paltarları geyinən dələduzlara qarşı mübarizə apardığını deyib. Qərb üslubunda saç düzəltməyə görə beş bərbərxana bağlanıb, daha 20 bərbərxanaya da xəbərdarlıq edilib.
XS
SM
MD
LG