Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:12

5 mindən çox ağacın aqibəti necə olacaq?


«Mən ora getdim, heç təsəvvür də etmirdim ki, Bakıda belə meşə zolağı var»
«Mən ora getdim, heç təsəvvür də etmirdim ki, Bakıda belə meşə zolağı var»
«Nizami rayonunda 11 hektarlıq meşə massivi kütləvi şəkildə məhv edilir»-, «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, vəkil Aslan İsmayılov belə deyir:
«Bir müddət öncə bir nəfər mənə müraciət etdi ki, mülkiyyət hüququnu təsdiq edən sənədi olmasına baxmayaraq, Nizami rayonunda onun torpaq sahəsi də daxil olmaqla bir park hasara alınıb. Biz məhkəməyə müraciət etdik, prosesi udduq, amma hasarı sökən olmadı. Bu günlərdə həmin şəxs mənə yenə müraciət etdi ki, bəs, həmin parkdakı ağacları kütləvi qırırlar. Mən ora getdim, heç təsəvvür də etmirdim ki, Bakıda belə meşə zolağı var. Ağacları elə qırırdılar ki, dəhşətə gəldim». Aslan İsmayılov faktla bağlı aidiyyatı orqanlara rəsmi müraciət etdiyini desə də, heç bir nəticəsi olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktor müavini Aftandil Səfərov sözügedən sahənin Nizami rayonu, 4085-ci məhəllədə yerləşdiyini dedi. Əlavə etdi ki, bu, 11 hektarlıq yaşıllıq massividir. Burada 5718 cavan şam və küknar ağacları var:
«Biz bu parkda kəsilmə faktı aşkar etmişik, 328 ağac məhv edilib. Ağacların kimin göstərişi ilə kəsildiyi barədə bizdə məlumat yoxdu. Bununla bağlı Nizami rayon polis idarəsinə rəsmi məktubla müraciət etmişik ki, həmin şəxs tapılıb, inzibati qaydada məsuliyyətə cəlb olunsun. Hazırda ağacların kəsilməsi prosesi dayandırılıb».

Aftandil Səfərov əlavə etdi ki, ağac yalnız iki halda kəsilə bilər: birincisi, əgər həmin ağacda xəstəlik mövcuddursa, ikincisi, həmin ərazidə dövlət əhəmiyyətli strateji obyektin tikilməsi nəzərdə tutulubsa: «Bu halda da ağaclar məhv edilmir, köçürülür. Artıq belə hallar baş verib. Yaşıllıq massivi Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyinin tingliklərinə köçürülüb».

Buna da bax:

XS
SM
MD
LG