Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Dünya azərbaycanlılarının qurultayından incik düşənlər də oldu


Dünya Azərbaycanlılarının ikinci qurultayı

Dünya Azərbaycanlılarının ikinci qurultayı

Martın 16-da Bakıda Dünya Azərbaycanlılarının ikinci qurultayı keçirildi. Bu tədbirə dünyanın 44 ölkəsindən 600-dən artıq nümayəndə dəvət olunmuşdu

Qurultay iştirakçıları Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyət göstərmələri və Qarabağ münaqişəsinə dair faktların dünyaya çatdırılması ilə bağlı sənədlər qəbul etdilər.

İran azərbaycanlılarını təmsil edən diaspora fəallarının bəzi çıxışları İranın Azərbaycandakı səfirliyinin etirazına səbəb oldu və səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası verdi. Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə bu cür çıxışları qurultay iştirakçılarının şəxsi fikirləri kimi qiymətləndirdi və dedi ki, belə fikirlər iki ölkə arasındakı dostluq münasibətlərinə təsir etməməlidir.


Ümumilikdə, qurultayın keçirilməsi faktını diaspora fəalları dünya azərbaycanlılarının həyatında müsbət hadisə kimi qiymətləndirirlər. Amma qurultayın təşkilindən narazı qalanlar da olub.


Ələsgər Siyabov – Almaniyada yaşayan siyasi mühacirdir. Almaniyanın Şimali-Reyn-Vestfaliya vilayətində fəaliyyət göstərən "Birlik" Azərbaycan Mədəniyyət Həmrəylik Cəmiyyətinin sədridir.

Dünya Azərbaycanlılarının ikinci qurultayının keçirilməsini müsbət addım sayır. Amma hesab edir ki, qurultay dünya azərbaycanlıları arasında ayrı-seçkilik salıb və dünya azərbaycanlılarının parçalanmasına gətirib.

Moskvada fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri Oqtay Hüseynov qurultaya dəvət alsa da, tədbirin təşkilindən narazıdır və qurultaya getməyib. Amma o, qurultayı dünya azərbaycanlılarının həyatında çox vacib hadisə sayır.


Qurultayda iştirak edən Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti hesab edir ki, qurultay Azərbaycan diasporasının təşkilatlanmasına təkan verəcək. Cənab Derəxti xaricdəki Azərbaycan cəmiyyətlərinin bəzilərinin təmsilçilərinin qurultaya dəvət olunmamasını texniki məsələlərlə bağlı olduğunu deyir.


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin rəisi Tahir Hacıyevin sözlərinə görə, qurultayın dünya azərbaycanlıları arasında ayrı-seçkilik salması barədə deyilənlər əsassızdır və qurultaya yalnız aktiv fəaliyyət göstərən cəmiyyətlərin nümayəndələri dəvət olunublar.


XS
SM
MD
LG