Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

Terri Devis: «Axı problem nədir?»


Baş katib deyib ki, Azərbaycan hökuməti ilə məsələylə bağlı danışıqlar aparacaq
Baş katib deyib ki, Azərbaycan hökuməti ilə məsələylə bağlı danışıqlar aparacaq
«Strasburqda, Avropa Şurasında olan məlumata görə, Azərbaycanda xarici radiolarının yayımının məhdudlaşdırılması üçün müəyyən addımlar atılır. Mən bundan çox təəccübləndim. Burda üç stansiyadan söhbət gedir, onlardan biri də BBC-dir. Mən BBC-ni tanıyıram Mən bu konfransda olduğum müddət ərzində nazirlərlə fərdi görüşlər keçirərək bunları müzakirə edəcəyəm. Çünki mənim üçün maraqlıdır - niyə? Və problem nədədir».

Bu barədə dekabrın 2-də Bakıda keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis bildirib.
«BBC-ni götürək. Əslində mən özüm də BBC-yə qulaq asıram. O Böyük Britaniyadan yayımlanır amma məncə, BBC-yə bütün Avropada qulaq asırlar. İnsanlar ona tərəfsiz, obyektiv, həqiqəti söyləyən media kimi etibar edir. BBC-yə Böyük Britaniya hökumətinin heç bir müdaxiləsi yoxdur. O çox müstəqildir. Odur ki, mən problemi anlamıram. Elə mənim Azərbaycan rəhbərliyinə verəcəyim birinci sual da budur. Problem nədir?».

Baş katib daha sonra bildirib: «Biz Avropada ifadə azadlığına inanırıq. Biz fikrini ifadə etmək hüququna inanırıq. Yəqin ki yayımda bəzi şeylər olacaq ki, biz onunla razı deyilik. Mən özüm BBC-ni tənqid etmişəm. Orada deyilənlərdən heç də həmişə razı qalmamışam. Mən hətta bundan şikayət etmişəm. Amma bu o demək deyil ki, mən onların səsini kəsməliyəm. Mən insanlarla və onların dediyi ilə razılaşmaya bilərəm. Azərbaycan bununla fəxr etməlidir çünki ifadə azadlığı Avropalı olmağın xüsusiyyətlərindən, nailiyyətlərdən biridir».

Bu il oktyabrın 31-də Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu orqanın 2009-cu ildən xarici radiostansiyalarının milli tezliklərdə yayımını dayandırmaq niyyətində olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG