Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

Dünya Bankının pulları təhsilə nə verəcək?


Təhsil sektorunun inkişafı layihəsi üzrə əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov

Təhsil sektorunun inkişafı layihəsi üzrə əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov

«Azərbaycan hökuməti və Dünya Bankı arasında kredit üzrə imzalanan saziş təhsilin inkişafına xidmət edir». «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, Təhsil sektorunun inkişafı layihəsi üzrə əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov belə deyir.
Onun sözlərinə görə, təhsil sektorunun inkişafı üzrə ikinci layihənin maliyyələşdirilməsi məqsədilə imzalanan sənəd ölkədə bu sahənin daha da inkişaf etməsinə yönəldiləcək: «İlk layihə 1999-2003-cü illəri əhatə edirdi və öyrədici xarakter daşıyırdı. İlk layihənin uğurlu nəticəsini görəndən sonra 10 illik proqram hazırlandı. İkinci layihə 2003-13-cü illəri əhatə edir. Bu layihənin ümumilikdə dəyəri 45,4 milyon dollar məbləğində hesablanıb. Dünya Bankı layihəyə 25 milyon dollar, hökumət isə 20,4 milyon dollar ayırıb».

Xatırladaq ki, Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən «Təhsil sektorunun inkişafı» layihəsinin birinci mərhələsinə 18 milyon dollar həcmində güzəştli kredit ayrılmışdı. «XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev belə hesab edir ki, bu vəsait istiqaməti üzrə xərclənməyib. Onun fikrincə, Dünya Bankının ayırdığı vəsait təhsilin inkişafına xidmət göstərmir.

Elvin Rüstəmov isə Etibar Əliyevin fikri ilə razılaşmır. Deyir ki, «Təhsil sektorunun inkişafı» layihəsinin birinci mərhələsinə ayrılan kredit öyrənmə krediti adlanır: «Bu – pilot layihə idi, öyrədici xarakter daşıyırdı. Tədris proqramları, tədris materialları, ixtisasartırmanın həyata keçirilməsini öyrənirdik. Məqsədimiz ortaya çıxan problemləri qeyd etmək, araşdırmaq idi ki, gələcəkdə daha genişmiqyaslı layihələrdə problemləri düzgün şəkildə həll edə bilək. İkinci layihənin Azərbaycan təhsilinin inkişafında mühüm rolu olacaq».

Şərhləri göstər

XS
SM
MD
LG