Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:44

Ziyafət Əsgərovun spiker olması təklif edildi


Zeynəb Xanlarova: «Orda elə oturmalısan ki, aşağı düşəndə də sənə hörmət etsinlər…»
Zeynəb Xanlarova: «Orda elə oturmalısan ki, aşağı düşəndə də sənə hörmət etsinlər…»
«40 ildir Azərbaycan dilində şeirlər yazan, dahi Azərbaycan şairi Şəhriyarın abidəsi ucaldılacaq yerdən xatirə daşını götürüb yerində fəvvarə tikiblər. Nə üçün Bakı meri belə addım atıb? Bu, millətin üzünə tüpürməkdir»-, parlamentin dekabrın 2-də keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı belə deyib.
İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov məsələyə münasibət bildirib. O, deyib ki, orada fəvvarə quraşdırılırsa, deməli şairin abidəsi başqa yerdə ucaldılacaq. O, məsələnin araşdırılacağını bildirib.
Daha sonra söz alan xalq artisti Zeynəb Xanlarova Şəhriyarın abidəsi ucaldılacaq yerdə xatirə daşının götürülməsini pisləyib. O, daha sonra parlament spikerliyinə Oqtay Əsədovun yox, Ziyafət Əsgərovun layiq olduğun bildirib:

«Ziyafət müəllim, siz orda yox, ortada oturmalısınız». Xalq artisti prezidentin ona orden verəndən sonra spikerin onu təbrik etmədiyini deyib: «Axı sən kimsən? Orda elə oturmalısan ki, aşağı düşəndə də sənə hörmət etsinlər…». Z.Xanlarovanın mikrofonu kəsildiyindən fikrini axıra qədər ifadə edə bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG