Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:58

«Arzu edirik Qafqazın problemləri gələcək nəsillərə qalmasın»


«Qafqazda əməkdaşlıq platformasını irəli sürməklə biz region ölkələrini bir masa ətrafına əməkdaşlığa dəvət edirik»

«Qafqazda əməkdaşlıq platformasını irəli sürməklə biz region ölkələrini bir masa ətrafına əməkdaşlığa dəvət edirik»

«Qafqazda əməkdaşlıq platformasını irəli sürməklə biz region ölkələrini bir masa ətrafına əməkdaşlığa dəvət edirik»-, Bakıda rəsmi səfərdə olan Türkiyənin Xarici işlər naziri Əli Babacan belə deyib.
Dekabrın 1-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında nazir bildirib ki, Türkiyə regiondakı münaqişələrin - Dağlıq Qarabağ probleminin, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasındakı problemlərin diplomatik yolla həll edilməsinin çox önəmli olduğunu anlayır: «Bütün cəhdlərimizdə əsas məqsədimiz əlaqələrin normallaşmasıdır. Çünki regionda bu problemlər qaldıqca, davamlı sülhə və sabitliyə nail olmaq mümkün deyil. Arzu edirik ki, bu problemlər gələcək nəsillərə qalmasın, nəsildən-nəslə davam etməsin».

Nazir vurğulayıb ki, son dövrlər regionda artan diplomatik fəallıqda Azərbaycan-Türkiyə əlaqələrinin mühüm yeri var: «Azərbaycan-Türkiyə arasında son bir il ərzində prezidentlər və baş nazirlər səviyyəsində 10 dəfə, nazirlər səviyyəsində isə 30 dəfə qarşılıqlı səfərlər olub».

Əli Babacan Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri görüşünə toxunaraq deyib ki, dövlət başçıları enerji layihələrini müzakirə ediblər.

Türkiyənin Ermənistanla sərhədlərini açma perspektivləri ilə bağlı suala cavab olaraq Əli Babacan deyib ki, bu, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından asılıdır: «Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanla siyasətimizdə təməl prinsip olaraq qalır. Ancaq bütün məsələlər diplomatik yolla tənzimlənməlidir».

Elmar Məmmədyarov bildirib ki, türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını geniş müzakirə edib. Nazir vurğulayıb ki, danışıqlarda Bakı-Tbilisi-Qars dəmiryolu xətti, həmçinin siyasi baxımdan enerji layihələrinə dəstək verilməsi diqqət mərkəzində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG