Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:41

Neft buruğunda yanğın baş verib


Noyabrın 29-u axşam saatlarında Salyan rayonundakı neft buruqlarının birində yanğın baş verib. Kürsəngi ərazisindəki 272 saylı quyuda qaz sızması sonradan yanğına çevrilib. Alovun hündürlüyü təxminən 50-60 metrdir.

Salyan Vətəndaş Nəzarəti məntəqəsinin koordinatoru Emil Məmmədov:

«Yanğın gözlənilən idi. Bir neçə gün idi ki, onun ətrafında xeyli yanğınsöndürən maşın, yanğın təhlükəsizlik qüvvələri cəmlənmişdi. Yanğın qaz sızması nəticəsində baş verib. Yerli sakinlərdən xəsarət alan olmayıb. Ətraf əraziyə elə bir təhlükə yoxdur. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri də hadisə yerindədirlər, yanğını söndürməyə çalışırlar. Sonuncu dəfə belə yanğın 60-cı illərdə baş verib».

Günün bütün mövzuları

XS
SM
MD
LG