Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:08

Güclü yağış Astara rayonunda təbii fəlakətə səbəb olub


Noyabrın 28-i axşam saatlarında şimal küləyi ilə müşayiət olunan güclü yağış Astara rayonunda təbii fəlakətə səbəb olub.

Rayonun 10 kəndində torpaq sürüşməsi baş verib. Kəndlərdə elektrik dirəklərinin əksəriyyəti aşıb və elektrik enerjisi kəsilib, rayon ərazisində rabitə əlaqəsi pozulub.

Ən pis vəziyyət Kubos və Vıli kəndlərindədir. Rayon mərkəzindən 30 kilometr uzaqlıqda olan bu iki kəndə gedən yollar dağılıb və kəndlərlə əlaqə tamamilə kəsilib.

Vaqo və Liəzi kəndlərində isə piyada körpülərini su aparıb. O cümlədən fərdi təsərrüfatlara, əhalinin sitrus bağlarına böyük ziyan dəyib.
Çaylarda suyun səviyyəsi 7-8 metrə qədər qalxıb.

Astara rayon icra hakiminin müavini, Fövqəladə Hallar Komissiyasının sədri Məzahir Hüseynov bildirib ki, hazırda Komissiya dağıntı baş verən ərazilərdə araşdırma aparır. Dəymiş ziyanın məbləği müəyyənləşdirilir və dəyən ziyan rayonun daxili imkanları hesabına aradan qaldırılacaq. /ANS Press/
XS
SM
MD
LG