Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

Yeni tikililərin sakinləri Binəqədi şosesini bağlayıblar


Noyabrın 29-da Bakıda yeni yaşayış massivinin bir qrup sakini aksiya keçirməyə cəhd göstərib.

Rəsulzadə və Binəqədi qəsəbələri arasında salınmış yeni yaşayış massivinin sakinləri kommunikasiya problemlərindən şikayət ediblər. 50-dək sakin Binəqədi şosesini bağlayıb. Lakin Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onları dərhal ərazidən uzaqlaşdırıb, aksiya iştirakçılarından Ariz Qocayevi isə saxlayıb.

Aksiya iştirakçıları bildiriblər ki, onlar yeni yaşayış massivinin qaz, su və işıq problemlərini öz hesablarına həll ediblər. Bu ərazidə neçə ildir yaşayış olsa da, kanalizasiya və yol problemi hələ də həll olunmayıb. Sakinlər aidiyyəti qurumların bu problemi həll etməsini istəyiblər.

Aksiya zamanı ciddi qarşıdurma qeydə alınmayıb. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG