Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:20

Atəşkəsin pozulması nəticəsində Ağdam sakini ağır yaralanıb


Qusar rayonundan hərbi xidmətə çağırılmış 1986-cı il təvəllüdlü Səfər Möhürov isə, həlak olub

Martın 23-də Ağdamın Yusifcanlı kəndində əkin sahəsində işləyən rayon sakini 1983-cü il təvəllüdlü Anar Hüseynov Ermənistan Silahlı Qüvvələri tərəfindən snayperlə vurulub. Ağdam Polis Şöbəsinin rəis müavini Şahin Məmmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, yaralı ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanının baş həkimi Rizvan Qasımovun bildirdiyinə görəsə, Anar Hüseynovun üzərində cərrahiyyə əməliyyatı aparılıb və onun vəziyyəti ağır olaraq qalır.

Müdafiə Nazirliyindən verilən məlumata görəsə, Ermənistan Silahlı Qüvvələri martın 22-də axşam saat 17:00 radələrində Tərtər istiqamətində atəşkəsi pozublar və nəticədə Qusar rayonundan hərbi xidmətə çağırılmış 1986-cı il təvəllüdlü Səfər Möhürov həlak olub.


XS
SM
MD
LG