Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:36

Mumbayda terror əməliyyatı necə keçirilib?


Mumbay -- Tac Mahal hoteli hücum altında
Mumbay -- Tac Mahal hoteli hücum altında
Bu barədə Hindistanın dövlət televiziyası hərbçilərə istinadla xəbər verir. Yaraqlılar son anadək Tac Mahal otelində təhlükəsizlik qüvvələrinə müqavimət göstərirdilər

İki gündən artıq davam edən bu terror hucumları nəticəsində, ilkin məlumatlara görə, 150-dən artıq adam ölüb. Ölənlərin arasında Amerika, Fransa, və İsrail vətəndaşları da daxil olmaqla azı 15 xarici var.

Azərbaycanın Hindistandakı səfirliyindən verilən məlumata görə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Hakim dairələr terrorçuların kimliyini müəyyən etməyə çalışır. Hindistanın xarici işlər naziri Pranab Muxerje deyib ki, bu hücumun arxasında Pakistandakı bəzi qruplar dura bilər. Pakistanın hakim dairələri bu hücumlarda əli olmadığını deyir. Pakistan kəşfiyyat idarəsinin rəhbəri istintaqa kömək eləmək üçün Hindistana gedir.


Hindistan rəsmiləri terror aksiyasının ilk nəticələrini açıqlayarkən qeyd ediblər ki, terrorçular bu əməliyyata əsaslı şəkildə hazırlaşıblar. Onlardan bir qismi hücuma məruz qalan hotellərdə işə girərək orada gizli silah və sursat anbarı yaradıblar.

Hindistanın ən böyük turist mərkəzlərindən biri olan Mumbay şəhərinin 10 müxtəlif nöqtəsində təxminən eyni vaxtda terror hücumu həyata keçirilib.

Xronologiya

Polisin açıqlamasına əsasən, noyabrın 27-də saat 21 radələrində (Burada və aşağıda vaxt Bakı saatı ilə verilir) 12 nəfərdən ibarət qrup qayıqla Mumbaydan Guljarata gəlib. Qrup üzvləri AK-47 avtomatları və əl qumbaraları ilə silahlarnılar. Bundan sonra hadisələr aşağədakı ardıcıllıqla inkişaf edir.

21.15 – Terror aksiyasının ilk hüçumu baş verir. 5 silahlı terrorçu Leopold kafesini atəşə tutur.

21.20 – İki nəfər motosikletdə Yəhudi mərkəzi Nəriman Housa hüçum edir və mərkəzin həndəvərindki yanacaqdoldurma məntəqəsinə əl qumbarası atır.

21.24 – “Chhatarapati Shivaji Terminus” dəmiryolu vağzalına ən azı 2 terrorçu hüçum cəkərək vağzal binasının içində avtomat silahlardan insanlara atəş
açır, bu zaman əl qumbarasından da istifadə edirlər.

21.30 – Dəbdəbəli Tac Mahal hoteli hücuma məruz qalır. Verilən məlumatlara əsasən, sakit halda giriş qapısından hotelə daxil olan terrorçular binanın içində atəş açmağa başlayır.

21.35 – Terrorçular “Oberoi Trident” hotelinə hüçüm edir. Girov götürülənlər haqda ilk xəbər yayılır. Oberoi və Tac Mahal hotellərində 140-ə qədər adamın girov saxlanıldığı deyilir. Bundan bir qədər sonra xəbər yayılır ki, terorçular Nəriman Housa da soxulublar.

21.45 – Mumbaidən ilk canlı kadrlar yayınlanır. Kadrlarda ərazidəki qarışıqlıq öz əksini tapır. Əsas beynəxalq TV kanalların reportajlarında yaralanan və daldeyə qaçan adamları göstərirlər.

21.55 – Vile Parledə taksi maşınının partlaması nəticədə 3 nəfərin həlak olması haqda xəbər verilir.

22.15 – Terroçular Şkoda markalı minik maşınında “Cama&Albless” xəstəxanasına hücüm edirlər. Polisin verdiyi məlumata görə hüçum edənlər xəstəxana binasının həm içində, həm də çölündə silah işlədiblər. Eyni xəbərdə 5 nəfərin, onların arasında 3 polis və bir nəfər mühafizə əməkdaşının öldürüldüyü polis tərəfindən təsdiq edilir.

22.30 – Metro kinoteatrına hüçum edilir.

22.50 – “Girgaum Chowpatty” adlanan ərazidə polislə 2 terrorçu arasında atışma baş verir. Verilən xəbərə əsasən, döyüş nəticəsində hər iki terrorçunu məhv edən polis sahildə içi partlayıcı maddə ilə dolu 2 qayıq tapır.

23.30 – Tac Mahal hotelindən yenidən atəş səsləri gəlir. Daha iki terrorçunun öldürüldüyü bildirilir.

00.30 – (28 noyabr) – Ramada hoteli ərazisində atəş səslərinin eşidilməsi haqda xəbər yayılır.

00.40 – Belə bir xəbər gəlir ki, şəhərdəki polis məntəqələrindən birinə hüçum olub.

00.45 – Dekkan Mücahəddin adlı təşkilat mətbuata elektron məktub göndərib terror əməliyyatının məsüliyyətini öz üzərinə götürür.
Eyni qrup son illər Hindistan ərazisində baş verən müxtəlif bomba partlayışlarının da bu təşkilat tərəfindən həyata keçirildiyini iddia edib.

01.00 – Hindistan ordusunun əsgərləri və polis Tac Mahal Palace hotelinə hüçum edir. Hotelin binasında güclü yanğındır. 100 yaxın girov və hotel sakini binanı tərk etməyə müəssər olur. Hindistan mediasının xəbərlərinə əsasən yanğınla əhatə olunan hotel binasının içindən insan nalələri və atışma səsləri gəlir.

01.30 – Mumbayın azından bir xəstəxanası donor qanına ehtiyacl olduğunu bildirir və əhalidən qan verilməsini xahiş edir. Xəbər gəlir ki, terrorçular bir polis maşınını ələ keçiriblər.

01.45 – Tac Mahal Palace hotelindən onlarla yeni sakin xilas edilir. Hoteldəki yanğın daha güclənir. 200-ə yaxın adamın hələ də hoteldə qaldığı güman edilir. Hoteldən qaçanlar deyirlər ki, binada qalanlar öz otaqlarında gizləniblər.

02.00 – Tac Mahal Palace hotelinin damında teroorçularla hökumət qüvvələri arasında güclü atışma müşahidə olunur. Mumbai polisinin yaydığı məlumata əsasən, 4 terroçu məhv edilib, 9 nəfər terrorçu olduqları ehtimal edilən şəxs isə həbs olunub. 11 polis əməkdaşının da öldüyü bildirlir.
50 ilə 100 nəfər arası girovun azad edilməsi bildirlir. TV görüntülərdə əyinlərində əsasən ziyafət paltarı olan hotel qonaqlarının binadan qacması kadrları da var. Bu adamların deidiyinə görə 20 yaşlarında bir necə silahlı şəxs hotelin restoranına girib qonaqlardan təxminən 15 nəfərini özləri ilə apardılar.

05.00 – hüçumlardan birində şəhərin terrora qarşı mübarizə dəstəsinin rəhbərini və polis rəisinin müavinini öldürürlər.

05.30 – Tac Mahal Palace və Oberoi hotellərinin binasında terrorçularla polis arasında gedən atışma hələ də davam edir. İndiyədək 11 polisin öldürüldüyü deyilir.

11.45 – Tac Mahal Palace hotelinin qarşısından atəş səsləri döyüşlərin hələ də davam etməsini göstərir.

12.00 – Nyu Dehlidən əlavə xüsüsi dəstələrin kömək üçün Mumbaya yolda düşdüyü bildirirlir.

12.20 – Hindistan polisinin açıqlamasına əsasən Tac Mahal Palace hotelində terrorçular 40-50 nəfəri girov saxlayır. Nariman House hotelindən 3 nəfər girov saxlanan şəxs qaçmağa müəssər olub. Hadisələrin qurbanları haqda daxil olan ilk rəsmi məlumatda 101 nəfərin öldüyü, 287 adamın isə yaralandığı bildirilir. Hotellərə yaxın binaların sakinləri təhlükəsizlik nöqteyi-nəzərindən ərazidən uzaqlaşdırılıb.

13.15 – Tac Mahal hotelində antiterror əməliyyatının sona catması haqda daxil olan xəbərlərdən təxminən 15 dəqiqə sonra binada güclü partlayış baş verir. Xüsusi dəstənin əsgərləri yenidən hotelin ətraflnda döyüş mövqeyi tuturlar. Polisin indiyədək olan itkiləri belədir 11 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

13.20 – Nariman House və Trident Oberoi hotellərindən polisə tərəf qumbaralar atılır. İlkin məlumatlara əsasən Oberoi hotelində terrorçular 25 nəfərə yaxın adamı girov saxlayır.

13.30 – Oberoi hotelində terrorçularla hökumət qüvvələri arasında qizğın atışma gedir.

13.40 – TV-kanallarının canlı yayımında görünür ki, polis Tac Mahal hotelinin 4-cü mərtəbəsini atəşə tutur.

14.00 – Tac Mahal hotelinin damından qatı tüstü cıxır. Bundan bir qədər əvvəl binadan bir-neçə partlayış səsinin gəldiyi bildirilir. Hindistan Milli qvardiyasının rəhbərliyi jurnalistlərə bildirir ki, terrorçular mühasirəyə alınıb.

14.35 – Oberoi hotelində güclü partlayış baş verməsi haqda xəbər daxil olur.

14.50 – Oberoi hotelində, hələ də girovların saxlanıldığı deyilir. Bəzi məlumatlarda onların sayının 200 nəfətə qədər olduğu iddia edilir.

14.55 – Tac Mahal hotelində daha bir partlayış eşidilir. Terrorçuların hotelin damında mövqe tutması haqda məlumat yayılır.

15.30 – Oberoi hotelinin qarşısında atışma müşahidə olunur. Polis yaxınlıqda mövqe tutan jurnalistl korpusundan bir qədər aralı, təhlükəsiz məsafəyə çəkilməyi xahiş edir. Eyni zamanda hotelin üzərində vertolyot dövrə vurur.

15.40 – Təhlükəsizlik qüvvələrinin döyüşçüləri Nəriman House hotelinə hüçuma keçməyə hazırlaşir.

15.50 – Oberoi hotelində atışma gedir. Tac Mahal hoteli binasının isə artıq bir deyil, iki hissəsində yanğın müşahidə olunur.

16.00 – Polisin jurnalistlərə dediyinə əsasən, Oberoi hotelindən 14 nəfər xilas edilib. Təhlükəsizlik qüvvələrinin əsgərləri hotelin içindədirlər.
Təxminən eyni vaxtda Tac Mahal hotelində də güclü atışma bərpa olunur. Ölənlərin sayının 104, yaralıların isə 300 nəfərə çatması haqda xəbərlər daxil olur.
16.45 – Oberoi hotelindən daha 10 nəfərin xilas olduğu bildirilir.

17.45 – Oberoi hotelində yeni yanğın başlayır.

19.00 – Tac Mahal hotelində döyüşlər davam edir. Əsgərlər mərtəbə-mərtəbə binanı terrorçulardan azad etməyə can atırlar.
Noyabrın 29-na keçən gecə səhərədək Hindistan təhlükəsizlik qüvvələrinin əməmliyyatı davam edib.

(Xarici mətbuat, TV və informasiya agentliklərinin məlumatları əsasında tərtib olunub)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG