Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:56

«Məqsədimiz siqaret çəkən insanları cərimə etmək deyil»


Qənirə Paşayeva: «Siqaret qoxusundan hətta liftlərə belə minmək mümkün deyil»
Qənirə Paşayeva: «Siqaret qoxusundan hətta liftlərə belə minmək mümkün deyil»
«Siqaret çəkən insanlar başa düşməlidirlər ki, təkcə özlərinin deyil, ətrafdakıların da səhhətinə zərər vururlar. Onların buna nə haqqı var?» -, «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, millət vəkili Qənirə Paşayeva belə deyir. Onun sözlərinə görə, «İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsi»ni parlamentə təqdim edib. Gələn ayın əvvəllərində Milli Məclisin Sosial siyasət daimi komissiyasının ekspertlərinin, millət vəkillərinin, bu sahə ilə bağlı maraqlı dövlət qurumlarının iştirakı ilə müzakirələrin keçirilməsi nəzərdə tutulub:

«Artıq komissiya sədri Hadı Rəcəbli ilə ilkin müzakirələr apardıq. Təəssüf ki, bu məsələ ilə bağlı müəyyən doğru olmayan yanaşmalar təlqin edənlər də var. Amma mənim məqsədim odur ki, ictimai yerlərdə siqaret çəkən insanlar başa düşsünlər ki, təkcə özlərinə deyil, ətrafdakılara da böyük zərər vururlar. Siqaret qoxusundan hətta liftlərə belə minmək mümkün deyil».

Qənirə xanım deyir ki, bir çox Avropa ölkələrində, qonşu Türkiyədə də ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən sərt qanun qəbul edilib: «Düşünürəm ki, Azərbaycanda da bu məsələ qanunvericiliklə tənzimləməlidir. Qanunda göstərilir ki, bütün ictimai yerlərdə siqaret qadağan olunur. Buna əməl etməyən insanlar cərimə olunacaq. Yəni, fikrimiz insanları cəzalandırmaq deyil. Sadəcə, bu mexanizmi işə salmaqla, insanları bu addımı atmaqdan çəkindirmək istəyirik. İlk vaxtlar çətin olacaq, ancaq zaman keçdikcə, bu ideyanı ən azından beyinlərə hopduracağıq».
XS
SM
MD
LG