Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:23

Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq olunub


Neft Fondunun Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, prezident İlham Əliyev qurumun Müşahidə Şurasının yeni tərkibiylə bağlı sərəncam imzalayıb.

Noyabrın 27-də imzalanan sərəncama əsasən, Baş nazir Artur Rasi-zadə, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, Maliyyə naziri Samir Şərifov, İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Müşahidə Şurasının üzvləri təsdiq ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG