Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:01

Qurban bayramında əfv olacaqmı?


Çingiz Qənizadə: «Ən azı ənənəyə və əsasnaməyə uyğun olaraq, dekabrın 31-i üçün əfv fərmanı verilə bilər»
Çingiz Qənizadə: «Ən azı ənənəyə və əsasnaməyə uyğun olaraq, dekabrın 31-i üçün əfv fərmanı verilə bilər»
«Yeni Müsavat» yazır ki, müsəlman dünyasının əlamətdar bayramlarından olan Qurban bayramı ərəfəsində cəmiyyətdə əfv fərmanı barədə müzakirələr başlayıb. İlham Əliyevin yeni prezidentlik dönəmində həbsdəki jurnalistləri azadlığa buraxacağı ilə bağlı gözləntilər hələ də davam edir. Məhbus ailələri bunun Ramazan bayramında baş tutacağına ümid etsə də, gözləntilər özünü doğrultmadı.

Hüquq müdafiəçisi Çingiz Qənizadə qəzetə açıqlamasında bildirib ki, Qurban bayramında əfv fərmanı veriləcəyi ilə bağlı söz-söhbətlər onun da qulağına çatır. Onun sözlərinə görə, fərmanın məhz Qurban bayramı ilə əlaqədar veriləcəyini proqnozlaşdırmaq mümkün deyil. Ç.Qənizadə bugünlərdə İşçi Qrupunun toplantısının olmadığını söylədi:

«Amma İşçi Qrupunun üzvləri arasında telefon danışıqları olub. Qurban bayramı ilə əlaqədar əfv fərmanının veriləcəyi gözlənilən deyil. Ən azı ənənəyə və əsasnaməyə uyğun olaraq, dekabrın 31-i üçün əfv fərmanı verilə bilər. Düşünürük ki, bu, İlham Əliyevin prezident seçiləndən sonra ilk addımlarından biri ola bilər».
«Ekspress»ə müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, «Müsavat» gücdən düşüb». «Kiminsə gücünü dəyərləndirməyə gəlincə, ölkədə normal bir proses, cəmiyyətin normal qiymətləndirməsi olmalıdır ki, kimin hansı gücdə olduğu haqda nəticə hasil olunsun».

«Yeni Azərbaycan» yazır ki, YAP gənclər birliyi yeni layihələr həyata keçirəcək. Birliyin sədri Ramil Həsənovun verdiyi məlumata görə, hazırda bəzi layihələrin həyata keçirilməsi istiqamətində işlər görülür. O, bildirib ki, 7 dekabr – Azərbaycan parlamentinin yarandığı gün münasibəti ilə Milli Məclisdə bir qrup deputatla YAP Gənclər Birliyi üzvlərinin görüşü keçiriləcək. Dekabrın 9-a nəzərdə tutulan növbəti tədbir 2008-ci il dövlət gənclər siyasətinin yekunların həsr olunmuş təntənəli mərasim olacaq.

«Azadlıq» qəzeti yazır ki, Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra yüksək vəzifəli şəxsləri işdən azad ediliblər. «İdarənin rəisi Rafiq Abbasov şəhər polisində çalışan iki polkovnik-leytenantı yanına çağıraraq onlarla işləmək istəmədiyini və ərizələrilə işdən getmələrini təklif edib. Mənbə məcburi raport yazan şəxslərin adlarını da açıqlayıb. Bunlar Bəhram Əliyev və Nizami Qasımovdur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG