Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:55

İşıq kəsilsə polislər svetoforluq edəcək


Vaqif Əsədov: «İşığı işlətmisənsə, pulunu verməlisən - bu şübhəsizdir»
Vaqif Əsədov: «İşığı işlətmisənsə, pulunu verməlisən - bu şübhəsizdir»
«Svetoforların işığının kəsilməsi polisin işini həddən artıq çətinləşdirəcək»-, Bakı Şəhər Yol Polisinin rəsmisi Vaqif Əsədov deyir ki, dekabrın 1-də svetoforlara verilən elektrik kəsilsə, yollarda nəqliyyatın hərəkəti çətinləşdirəcək. Hərəkəti yol polisinin əməkdaşları tənzimləyəcək, tıxacların, qəzaların qarşısını almağa çalışacaqlar. Amma Əsədov bildirir ki, sürücülər svetofor işləmədiyi, nizamlanmayan yol ayrıclarında alternativ qaydaların işə düşdüyündən xəbərdardırlar.
Əsədov həmçinin Bakı şəhər İcra Hakimiyyətinin «Bakıeletkrikşəbəkə»nin pulunu ödəməməsinə də münasibət bildirdi: «İşığı işlətmisənsə, pulunu verməlisən - bu şübhəsizdir».

«Bakıelektrikşəbəkə» xəbərdarlıq edib ki, əgər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olan Mənzil-Kommunal Təsərrüfat Departamenti borcunu ödəməsə, dekabrın 1-dən nəinki svetoforların, eyni zamanda fontanların, parkların, liftlərin də işığı kəsiləcək. Həmin qurumun işığa görə borcu 12 milyon manatdır.
XS
SM
MD
LG