Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

«Stalinka» və «xruşşovka»ların sökülməsi nə vaxta qaldı?


«Bakıdakı «stalinka» və «xruşşovka» tipli binaların sökülməsi haqda heç bir qərar yoxdur

«Bakıdakı «stalinka» və «xruşşovka» tipli binaların sökülməsi haqda heç bir qərar yoxdur

«Bakıdakı «stalinka» və «xruşşovka» tipli binaların sökülməsi haqda heç bir qərar yoxdur. Hələlik hökumət bu yöndə müzakirə aparır. Müzakirə gedir ki, həmin binalar sökülsün, yoxsa başqa ölkələrdə, məsələn, Qazaxıstanda olduğu kimi bərkidilsin». Bunu «Xəbər-ətər» proqramına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Mustafa Rəşidov deyib. Onun sözlərinə görə, bu yaxın aylarda sözügedən məsələylə bağlı qəti qərar verilməsi gözlənmir.
Mustafa Rəşidov bildirir ki, binaların söküləcəyi təqdirdə sakinlərə təzminat veriləcək və mənzillərin qiymətləndirməsi də ərazisinə və təmirinə görə, fərdi qaydada aparılacaq. Razı qalmayanlarsa məhkəməyə müraciət edə bilərlər.

Yeri gəlmişkən, tikililərin qiymətləndirməsi ilə bağlı metodologiya yoxdur. İndi Xidmət Dünya Bankı ilə tikililərin qiymətləndirmə motodologiyasını hazırlayır. Artıq ilkin variant bu günlərdə dünya bankının eksperti tərəfindən xidmətə təqdim olunub.

Mustafa Rəşidov deyir ki, xidmət qanunsuz tikililərin monitorinqinə də başlayıb. Hələlik monitorinq Abşeronda aparılır, amma gələcəkdə regionlarda da aparılmalıdır. Məqsəd kənd təsərrüfatı üçün yararlı torpaqların mənimsənilməsinin qarşısını almaqdır: «Amma deməliyəm ki, qanunsuz tikililərin siyahısını aparmaq heç də onların sökülməsi demək deyil».
XS
SM
MD
LG