Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

«Azadlıq» bloku Qərbin Azərbaycana fərqli standartla yanaşdığını deyir


AXCP sədri Əli Kərimli: «Qərb Belarusiyanın hazırki hakimiyyətinə qarşı sanksiyalardan danışıb. Çox təəssüf ki, seçkini saxtalaşdırmış Azərbaycan hakimiyyətinə qarşı belə mövqe nümayiş etdirilmədi»
«Belarusda keçirilən prezident seçkisinə Qərb dünyasının verdiyi reaksiyanın Azərbaycanda keçirilən parlament seçkisinə verilən reaksiya ilə üst-üstə düşməməsi onu göstərir ki, Azərbaycanda demokratiyanın inkişafına fərqli standartla yanaşılır». «Azadlıq» siyasi blokunun Belarusda baş verən siyasi proseslərə dair martın 23-də yaydığı bəyanatda belə deyilir: «Biz Belarusda müşahidə etdiyimiz prinsipial mövqeyi çox təəssüf ki, Azərbaycandakı parlament seçkisi zamanı görə bilmədik».

Blokun liderlərindən biri AXCP sədri Əli Kərimli xatırladır ki, ABŞ və Avropa Birliyi Belarusda saxtakarlıqlara sərt reaksiya verdi və nəticələri tanımayacaqlarını bəyan etdi: «Qərb Belarusiyanın hazırki hakimiyyətinə qarşı sanksiyalardan danışıb. Çox təəssüf ki, seçkini saxtalaşdırmış Azərbaycan hakimiyyətinə qarşı belə mövqe nümayiş etdirilmədi».

Cənab Kərimli deyir ki, Azərbaycan müxalifəti beloruslu həmkarlarına nisbətən daha hazırlıqlı olsa da və Azərbaycan iqtidarı Belarus hakimiyyətinə nisbətən daha repressiv üsullardan istifadə etsə də, Qərb bunu nəzərə almadı, demokratiyanın inkişafına lazımi dəstək vermədi.


«Qərbin Azərbaycana fərqli yanaşmasının səbəbi nədir» sualına cavab verən AXCP sədri məsələni şərh etmək istəməyib və bunu politoloqların ixtiyarına verdiyini bildirib.


Blok Belarus müxalifətinin lideri Milikeviçə dəstək məktubu göndərərək, onu müdafiə etdiyini də bəyan edib.


«Azadlıq» siyasi blokunda AXCP, Milli Birlik Hərəkatı, ADP və AMİP-in Əli Əliyevi dəstəkləyən qanadı təmsil olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG